“Kamaz”ın xalis mənfəəti kəskin azalıb
"Kamaz"ın 2024-cü ilin birinci yarısında xalis mənfəəti 3,7 milyard rubl təşkil edib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3,7 dəfə azdır.
Marja xəbər verir ki, bu, şirkətin beynəlxalq maliyyə hesabatları standartları (BMHS) üzrə hesabatında deyilir.
Hesabat dövründə şirkətin gəliri 12% artaraq 187,6 milyard rubla çatıb.
Ümumi mənfəət 8,5% artaraq 34,7 milyard rubl təşkil edib, əməliyyat mənfəəti isə 13,7% azalaraq 14,8 milyard rubla düşüb.
“Çətin vəziyyət və bazar dinamikası fonunda şirkətin ardıcıl sabit göstəriciləri yük və sərnişin nəqliyyat vasitələrinin model çeşidinin inkişafı üzrə işlərin nəticələri və investisiya layihələrinin uğurla həyata keçirilməsilə əlaqədardır", - şirkətin baş direktoru Sergey Koqoqin şərh edib.
Məlumatlar açıqlandıqdan sonra “Kamaz”ın səhmləri ucuzlaşıb.
"Kamaz" Rusiyanın ən böyük yük avtomobilləri istehsalçısıdır və iyirmi aparıcı qlobal istehsalçıdan biridir. Şirkət yük maşınları, qoşqular, avtobuslar, mühərriklər və güc blokları istehsal edir.
Yaxın vaxtlarda Seneqalda Rusiyanın yük maşını istehsalçısı “Kamaz”ın zavodu açılacaq. Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrovla birgə mətbuat konfransında ölkənin Xarici İşlər və Afrika İnteqrasiyası naziri Yasin Foll bildirib.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
5 d. əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 17 d. əvvəl
- 19 d. əvvəl
-
1 saat əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Yenidən 150 dollar ssenariləri gündəmdədir
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Ən çox oxunanlar
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq























