Türkiyədə avqust ayında inflyasiya yavaşlayıb
2024-cü ilin Avqust ayında Türkiyədə aylıq inflyasiya 3,23 faizdən 2,47 faizə, illik inflyasiya isə 61,78 faizdən 51,97 faizə düşüb.Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatına görə, avqustda ölkədə aylıq inflyasiya 2,47 faiz təşkil edib (qiymətlər avqust ayında iyul ayı ilə müqayisədə 2,47 faiz artıb).
Marja xəbər verir ki, avqustda illik inflyasiya 51,97 faiz olaraq qeydə alınıb (qiymətlər 2024-cü ilin avqut ayında 2023-cü ilin avqust ayı ilə müqayisədə 51,97 faiz artıb).
İyulda aylıq inflyasiya 3,23 faiz, illik inflyasiya 61,78 faiz təşkil etmişdi.
Avqust ayında aylıq inflyasiyanın 2,6 faiz, illik inflyasiyanın 52,1 faiz olacağı gözlənilirdi.
İllik baza inflyasiyası da 60,23 faizdən 51,56 faizə düşüb.
Aylıq və illik müqayisədə ən çox qiymət artımı təhsil sahəsində olub.
TÜİK-in məlumatlarına görə, avqust ayında təhsil sahəsində qiymətlər aylıq 11,34 faiz artıb. Təhsil sahəsində illik artım 120,81 faiz təşkil edib.
Ölkədə mənzil qiymətləri avqustda 8,51 faiz artıb. Mənzil qiymətləri illik 101,49 faiz, restoran və otellərdə qiymətlər isə illik 67,70 faiz artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)











.jpg)





