Sahibsiz poçt bağlamaları satıla bilərmi?
Azərbaycanda çatdırılması mümkün olmayan və paylanılmayan göndərişlərin saxlanılması, açılması, satışı və məhv edilməsi halları “Poçt haqqında” qanunun 13-cü maddəsi ilə tənzimlənir.
Bu barədə “Azərpoçt” MMC-dən bildirilib.
Hansı hallarda poçt göndərişinin çatdırılması mümkün hesab edilmir?
Məlumata görə, poçt göndərişinin üzərində ünvanın dəqiq olmadığı, silindiyi, pozulduğu, oxunmadığı və ya buna oxşar digər hallarda, eləcə də ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə poçt göndərişinin çatdırılması qeyri-mümkün hesab edilir.
Bununla belə, ünvanı dəqiqləşdirmək mümkün olmadıqda və ya ünvan sahibi poçt göndərişini almaqdan imtina etdikdə, poçt göndərişi çatdırılması mümkün olmayan göndəriş kimi göndəriciyə qaytarılmalıdır. Lakin göndərici də poçt göndərişini geri almaqdan imtina etdikdə belə göndərişlər paylanmayan poçt göndərişlərinə aid edilir.
Paylanmayan poçt göndərişlərinin saxlama müddəti (6 ay) başa çatdıqdan sonra məhkəmənin müvafiq qərarı ilə poçt göndərişinin içərisindəki əşyalar, mallar və pul vəsaitləri sahibsiz hesab edilir.
Sahibsiz əşyalar satıla bilərmi?
Sahibsiz hesab edilən poçt göndərişinin içərisində olan digər əşyalar göndəricinin və ünvan sahibinin şəxsi və ya kommersiya səciyyəli sirrinin məxfiliyinə xələl gətirmədiyi halda satışa çıxarılmalıdır. Poçt göndərişinin içərisində aşkar edilmiş nağd pul, həmçinin əşya və ya malların satışından əldə edilmiş vəsait çəkilmiş xərclər çıxılmaqla dövlət büdcəsinə köçürülür.
Paylanılmayan poçt göndərişlərinin açılmasını, satışını və məhv edilməsini poçt operatoru tərəfindən yaradılan və daim fəaliyyət göstərən xüsusi komissiya həyata keçirir.
Saxta kampaniyalara inanmayın!
Son zamanlar, “Azərpoçt” MMC adından onlayn platformalarda saxta kampaniyalar keçirilir və bildirilir ki, guya sahibsiz qalan bağlamalar çox cüzi və simvolik qiymətə satışa çıxarılıb. Təəssüf ki, bu kimi saxta kampaniyalar vasitəsilə də dələduzlar tərəfindən vətəndaşlar aldadılaraq, onların pul vəsaitləri mənimsənilir.
Son dövrlər “Azərpoçt” tərəfindən sahibsiz qalan malların satışa çıxarılması təşkil olunmayıb. Bunun üçün də vətəndaşlardan bu kimi məlumatlara qarşı diqqətli olmaları, onlara cəlb edici görünən hər bir məlumatı “Azərpoçt”un 169 Çağrı mərkəzi, eləcə də rəsmi sosial şəbəkə hesabları vasitəsilə dəqiqləşdirmələri xahiş olunur.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 42 d. əvvəl
-
3 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
3 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 3 saat əvvəl
-
3 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb























