“Bank of Baku”da əmanət faizi yüksəldi, 11.5 %-dək oldu

(®) “Bank of Baku” əmanət məhsuluna dəyişikliklər edərək müştərilərə daha çox gəlir əldə etmək fürsəti yaradıb.
Bank “Dinamik” əmanət məhsulunda 1-36 aylıq müddətlər üzrə faiz dərəcələrini 1% yüksəldib. Nəticədə, “Bank of Baku”ya AZN valyutasında yeni yerləşdirilən və ya prolonqasiya edilən əmanətlərin faiz dərəcələri 11.5% -dək artıb.
Əmanət şərtlərinə edilən bu artımdan sonra müştərilərin əmanətdən əldə etdiyi gəlirin aylıq ödənildiyi hallar üçün faiz dərəcələri 12 və 18 ay üzrə 10 %, 24 ay üzrə 10.5 %, 36 ay üzrə 11 % olaraq müəyyən edilib.
Bank bu artımı faizlərin müddətin sonunda hesablandığı əmanətlərə də tətbiq edib. Belə ki, müştəri əmanəti üzrə hesablanan gəliri müddətin sonunda götürərsə, 12 və 18 ay üzrə 10.5 %, 24 ay üzrə 11 %, 36 ay üzrə 11.5 % faiz dərəcəsi ilə gəlir əldə edir.
Qeyd edək ki, “Bank of Baku”nun “Dinamik” əmanət məhsulunda ƏMANƏTİN ARTIRILMASI da mümkündür. Müddəti 12 aydan çox olmayan əmanətlərdə əmanət məbləği əmanət müddətinin yarısınadək istənilən məbləğdə artırıla bilər. Müddət 12 aydan çox olduqda isə məbləğ əmanət müqaviləsi bağlanan tarixə yerləşdirilən əmanətlər üzrə ilkin müqavilə məbləği qədər artırıla bilər.
ƏMANƏTLƏR SIĞORTALIDIR
Məlumat üçün bildirək ki, “Bank of Baku”ya həvalə edilən müddətdən asılı olmayaraq 100.000 AZN-dək bütün AZN valyutalı əmanətlər sığortalıdır.
ƏMANƏTLƏR VERGİDƏN AZADDIR
Həmçinin banka 18 ayadək müddətə yerləşdirilən 24.000 AZN-ə qədər əmanətlərin, eləcə də 18 aydan daha çox müddətə yerləşdirilən istənilən məbləğdə əmanətlərin aylıq faiz gəlirləri fiziki şəxslərin gəlir vergisindən azaddır.
Bankın əmanətlər, eləcə də digər məhsul və kampaniyaları haqqında 145 Məlumat Mərkəzi, Bank of Baku-nun rəsmi veb səhifəsi – www.bankofbaku.com və ya rəsmi Facebook səhifəsi – www.facebook.com/bankofbaku vasitəsilə ətraflı məlumat ala bilərsiniz.
Məlumat üçün qeyd edək ki, ölkənin tanınan banklarından olan “Bank of Baku” ümumilikdə 20 filial şəbəkəsi ilə 1 milyondan çox müştəriyə pərakəndə, kiçik və orta sahibkarlıq, eləcə də korporativ bankçılıq istiqamətlərində bank xidmətləri təklif edir.
Daha ətraflı:
145 Məlumat Mərkəzi
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
- 10 saat əvvəl
-
10 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
13 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
