Unibankın xidmətlərindən rəqəmsal şəxsiyyət vəsiqənizlə istifadə edə bilərsiniz

(®) Əgər banka gələrkən şəxsiyyət vəsiqənizi evdə unutmusunuzsa, narahat olmayın. Çünki rəqəmsal şəxsiyyət vəsiqəsi ilə “Unibank”ın məhsul və xidmətlərindən istifadə edə bilərsiniz.
“Unibank”la İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) arasında əməkdaşlıq, müştərilərə əlavə üstünlük yaradıb. Bu, Unibank müştərilərinə filiallarda bankın məhsul və xidmətlərindən şəxsiyyət vəsiqələrini fiziki olaraq təqdim etmədən istifadə imkanı verir.
“Mygov” tətbiqini yüklədikdən və daxil olduqdan sonra rəqəmsal şəxsiyyət vəsiqənizi tətbiqdə görə bilərsiniz. Müştəri “mygov” mobil tətbiqində şəxsiyyət vəsiqəsinə aid QR kodu bölüşə və ya QR kodun aşağı hissəsində əks olunan 8 simvoldan ibarət kodu bank əməkdaşına təqdim edə bilər. Bununla da kredit, kart əldə etmək, depozit hesabı açmaq, pul köçürməsi və digər bank xidmətlərindən istifadə mümkün olur.
Rəqəmsal şəxsiyyət vəsiqəsinin “mygov checker” mobil tətbiqi və veb portalı üzərindən verifikasiyadan keçirilməsi mümkündür.
Unibank hazırda paytaxt və bölgələri əhatə edən geniş filial şəbəkəsi ilə hər kəsin xidmətindədir. “Unibank”ın filialları həftənin 5 günü nahar fasiləsi olmadan, səhər saat 09:00-dan axşam 18:00-dək fəaliyyət göstərir. Bankın paytaxt və Abşeronda yerləşən bəzi filialar isə şənbə günləri də saat 10:00-dan 15:00-dək müştərilərə xidmət edir.
Unibank-Sənin Bankın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
- 8 saat əvvəl
-
9 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
11 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
1 gün əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
1 gün əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
