Rusiyanın kruiz sənayesinin liderilə Bakıda görüş
Görüşdə 3 yeni nəsil kruiz gəmisinin tikintisi və onların gələcəkdə Mahaçqala, Aktau, Türkmənbaşı, Bakı, Ənzəli limanlarına yan alaraq kruiz səfərlərə cəlb edilməsi planından danışılıb.Dövlət Dəniz və Liman Agentliyində Rusiya Federasiyasının kruiz sənayesinin lideri və tur operatoru “Vodoxod” MMC-nin nümayəndə heyəti ilə görüş olub.
Marja.az xəbər verir ki, görüş zamanı qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində iki ölkə arasında yüksək səviyyəli səfərlərin, keçirilən görüş və tədbirlərin rolundan danışılıb.
Bildirilib ki, ölkələrimiz arasında əməkdaşlığın güclənməsi ticari-iqtisadi əlaqələrlə yanaşı, dəniz nəqliyyatı sahəsində də ortaq tərəfdaşlığın genişlənməsinə öz müsbət təsirini göstərməkdədir.
Görüşdə həmçinin “Vodoxod” MMC-nin sifarişi ilə 2025-2026-cı illərdə istismara veriləcək 00840 nömrəli “Kareliya” layihəli 3 yeni nəsil kruiz gəmisinin tikintisi və onların gələcəkdə Mahaçqala, Aktau, Türkmənbaşı, Bakı, Ənzəli limanlarına yan alaraq kruiz səfərlərə cəlb edilməsi planından danışılıb.
Bakı Beynəlxalq Dəniz Ticarət Limanının nümayəndələrinin iştirak etdiyi görüş çərçivəsində gəmilərin Azərbaycana məxsus limanlara giriş-çıxış məsələlərinin sadələşdirilməsi də müzakirə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
2 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
3 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
3 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 4 saat əvvəl
-
5 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 5 saat əvvəl
-
5 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Ən çox oxunanlar
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"



























