Pirallahı Sənaye Parkında yeni məhsullar istehsal ediləcək
Pirallahı Sənaye Parkında şəkəri təyin edən cihazlar, birdəfəlik üçkomponentli şprislər, 42 ad altında müxtəlif doza və qablaşdırma olmaqla ümumilikdə 7 növdə (tablet, kapsul, jelatin kapsul, toz suspenziya, sirop və s.) dərman məhsulları, bioloji aktiv qida əlavələri və dərman vasitələri istehsal ediləcək.
Bu barədə sorğusuna cavab olaraq İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyindən bildirilib.
Məlumata görə, hazırda Parkda rezidentlər şpris (1, 2, 5, 10, 20, 50 ml), sterilləşmiş damardaxili kateter, sterilləşmiş infuziya dəsti, lateks steril cərrahi əlcək, Diabeton MR və s. məhsulların istehsalı həyata keçirilir. Məhsullar əsasən daxili bazarın təlabatının ödənilməsinə yönəldilib. Növbəti mərhələdə onların Rusiya, Türkiyə, Qazaxıstan, Gürcüstan, Qırğızıstan, Belarus, İran və s. ölkələrə ixrac edilməsi nəzərdə tutulur.
İndiyə qədər Pirallahı Sənaye Parkında investisiya kapitalı 121 milyon manatdan çox olan 7 sahibkarlıq subyektinə rezidentlik verilib və bunlardan 2-si artıq istehsal fəaliyyətinə başlayıb. Rezidentlər Parka 40 milyon manatdan artıq investisiya yatırıb, 140-dan artıq daimi iş yeri yaradıb. Növbəti mərhələdə mövcud layihələr üzrə əlavə 80 milyon manatdan çox investisiya qoyulması, 400-dən artıq daimi iş yerinin yaradılması nəzərdə tutulur. İndiyə qədər rezidentlər 53 milyon manatlıq satış həyata keçirilib. Bunun 7,5 milyon manatlıq hissəsi bu ilin I yarısının payına düşüb.
Pirallahı Sənaye Parkının rezidenti olmaq istəyən sahibkarların müraciətləri əsasən dərman istehsalı sahəsindədir. Rezidentlər müasir texnologiyaların tətbiqi ilə yüksək keyfiyyətli, beynəlxalq standartlara cavab verən dərmanlar istehsal edir. Texnologiyalar, Almaniya, İtaliya Türkiyə, İsveçrə kimi qabaqcıl ölkələrə məxsusdur.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
31 d. əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 1 saat əvvəl
-
1 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 2 saat əvvəl
-
2 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yeniləyib
-
3 saat əvvəl
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
-
5 saat əvvəl
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Ən çox oxunanlar
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"
Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard dolları keçib


























