Azercell Biznes-in yeni “İnfoHUB” xidməti ilə biznesinizin məlumat bazası və cavablarınız bir mərkəzdə!
Lider mobil operator “Tez-tez yaranan suallar”ın cavablandırılması üçün yeni həll təqdim edir(®) Müştəri xidmətləri sahəsində geniş təcrübəyə malik olan “Azercell Telekom” MMC tərəfdaşlarının müştəri məmnuniyyətinin artırılmasına yönəlik yeni “İnfoHUB” həllini təqdim edir.
Bu daxili platforma şirkətlərin məlumat bazasını mərkəzləşdirərək müştəri xidmətlərinin səmərəliliyini artırmaq və sorğuların cavablandırma müddətini minimuma endirmək imkanı yaradır.
- Müraciətlərin operativ cavablandırılması: yeni həll məsul işçilərin lazımi məlumatlara, yenilənmələrə və prosedurlara mərkəzləşdirilmiş çıxışını təmin edir. Nəticədə, telefon mərkəzinə və ya müştəri xidmətlərinə daxil olan müraciətlər daha sürətli və dəqiq cavablandırılır, əməliyyat yükü azalır və ümumi məhsuldarlıq artır.
-Mərkəzləşdirilmiş axtarış funksiyası: “InfoHUB”-ın əsas üstünlüyündən biri də platformada yerləşdirilən yeni məhsul və xidmətlər haqqında məlumatların, təlimatların real vaxt rejimində əlçatan olmasıdır. Platformanın rahat axtarış xüsusiyyəti ilə lazımi məlumatların tez bir zamanda əldə edilməsi mümkündür.
-Məlumat təhlükəsizliyi: plartformada şirkət məlumatlarının məxfiliyi və təhlükəsizliyinin qorunması təmin edilir.
“InfoHub” xüsusilə böyük müştəri bazasına malik şirkətlər üçün ideal dəstək vasitəsidir.
Qeyd edək ki, Azercell xidmət istifadəçilərinə abunəlik müddəti boyunca texniki dəstəyin göstərilməsini də təmin edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 10 d. əvvəl
-
36 d. əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
-
1 saat əvvəl
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
- 1 saat əvvəl
-
2 saat əvvəl
Nazir Azərbaycanın qabaqcıl İKT şirkətlərinin nümayəndələri ilə görüşüb
-
2 saat əvvəl
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
“AzerGold” qızılın bahalaşmasına münasibət bildirdi
Qlobal qızıl tələbi 2025-də rekord qırıb: Misli görünməmiş nəticələr, 555 milyard dollarlıq dəyər
Azərbaycanın “Aqro-Vest DC” şirkəti Rusiyanın "NP "Konfil" şirkətinin rəsmi distribüteri oldu
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
Ən çox oxunanlar
Meta-nın gəliri 24 faiz artıb
Microsoft-un xalis mənfəəti 60 faiz artıb
2025-ci ildə Tesla-nın gəliri və mənfəəti azalıb
Naxçıvanın xarici ticarət dövriyyəsi 130,1 milyon dollara çatıb, ixracı 28,4 faiz artıb
2025-ci ildə bank setorunda çalışanların sayı 2026 nəfər artıb
Azvak.az-da yayımlanmış yeni iş elanları
Azərbaycan neftinin son qiyməti



















