“Azerconnect Group” “Beynəlxalq Kibertəhlükəsizlik Günləri” konfransında iştirak edib
“Azerconnect Group” dördüncü ‘‘Beynəlxalq Kibertəhlükəsizlik Günləri’’ (ICSD-2024) konfransında iştirak edib.
Kibertəhlükəsizlik sahəsində fəaliyyət göstərən yerli və xarici mütəxəssislər, dövlət və özəl sektorun nümayəndələrinin qatıldığı konfransda kibertəhlükəsizlik sahəsində yeniliklər və cari çağırışlar, innovasiyaların effektiv idarə edilməsi üzrə dünya təcrübəsi nəzərdən keçirilib.
“Azerconnect Group”un İnformasiya təhlükəsizliyi üzrə baş müdiri Orxan Sadıqov konfransda “Biznes, İT və informasiya təhlükəsizliyi arasında sinerji: məlumatların bütövlüyünü və qorunmasını hədəfləmək” adlı panel müzakirələrə qatılıb. O, çıxışı zamanı şirkətin ən son beynəlxalq təcrübə və standartlara uyğun təhlükəsiz əməliyyatlar mərkəzi, həmçinin müştəri məlumatları və kritik infrastrukturun qorunması sahələrində görülən tədbirlər barədə danışıb.
Eyni zamanda, iştirakçılara süni intellektin kibertəhlükəsizlik sahəsinə tətbiqi, rəqəmsal məhsulların hazırlanması prosesində təhlükəsizlik həllərinin avtomatlaşdırılması istiqamətində əldə olunan nailiyyətlər barədə məlumat təqdim edilib.
Qeyd edək ki, "PROSOL" şirkətinin təşkilatçılığı ilə 19-20 sentyabr tarixlərində keçirilən konfrans ‘‘Yaşıl iqtisadiyyat naminə kibertəhlükəsizlik’’ mövzusuna həsr olunub.
“Azerconnect Group” haqqında
Ölkəmizin dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində fəaliyyət göstərən “Azerconnect Group” mobil, internet, beynəlxalq kanalların təşkili və FinTech, AdTech, Media/TV kimi rəqəmsal xidmətlər təqdim edir.
“Azerconnect Group” müxtəlif ölkələrdə enerji, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
4 saat əvvəl
Bu bankın kart sahibləri 2025-ci ildə 12 milyon manatdan çox keşbek qazanıblar
-
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Marriott” Azərbaycanın regionlarında fəaliyyətini genişləndirəcək
- 4 saat əvvəl
- 6 saat əvvəl
-
8 saat əvvəl
"ƏDV geri al” layihəsi çərçivəsində 20 milyon manaat yaxın vəsait istehlakçılara qaytarılıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Holdinq 7 xidməti avtomobilin sığortalanması üçün açıq tender elan edib
-
8 saat əvvəl
Yeni nəsil nəzarət-kassa aparatları yanvarda 2,3 milyard manata yaxın dövriyyəni qeydə alıb
- 8 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
ABŞ-ın 31 şirkətinin 60 nəfər nümayəndəsi Azərbaycana gəlib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Əmək pensiyaları indeksləşdirilir - Pensiyalar 9,3 faiz artırılır
Aktiv vergi ödəyicilərinin sayı artır
Lizinq şirkətinə əlavə maya qoyulur
"Uber" "Getir"i satın alır - RAZILAŞMA
Qar yağacaq, temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ

















.webp)








