Qızılın qiymətində rekordlar davam edir
2024-cü ilin əvvəlindən qızıl təxminən 30%-ə yaxın bahalaşıb. Bu gün qızılın qiyməti 2638 dolları da keçib. Səbəblər - FED-in uçot dərəcəsini daha sürətli azaldacağı gözləntiləri, mərkəzi bankların alışları və geosiyasətdir.
ABŞ Federal Ehtiyat Sistemi (FED, ABŞ mərkəzi bankı) rəsmilərinin monetar yumşalma ehtimalını artıran açıqlamaları ilə qızıl yenidən rekord səviyyəyə yüksəlib..
Marja.az xəbər verir ki, dünya bazarlarında həftənin ikinci ticarət günündə bir spot unsiya qızıl 2638 dollara satılır (cari bazar qiyməti). İnvesting.com-dakı məlumata görə, qızıl fyuçerslərinin qiyməti 2662 dolları keçib.
(Qeyd edək ki, spot qiymət, aktivin dərhal alına və ya satıla biləcəyi cari bazar qiymətidir. Bu qiymət cari tələb və təklifə uyğun olaraq müəyyən edilir və əməliyyat zamanı etibarlıdır. Spot alışlar və spot satışlar dərhal bu qiymətə baş verir, yəni aktivlər dərhal alıcıya çatdırılır. Spot qiymət gələcək qiymətlərdən (fyuçers) fərqli olaraq cari bazar şərtlərini əks etdirir.)
FED-in Çikaqo şöbəsinin sədri Austan Goolsbee, inflyasiya 2 faizlik hədəfə yaxınlaşdıqca diqqətin əmək bazarına yönəlməli olduğunu və "bu, gələn il daha çox faiz endirimi deməkdir" deyib. FED-in Minneapolis şöbəsinin sədri Neel Kashkari də əmək bazarının zəifliyinə işarə edib.
Bazarlar, ilin sonuna qədər FED-dən iki dəfə faiz endirimi gözləyir.
İsrailin Cənubi Livana böyük hücumu da qızılı bahalaşmasına səbəb olur.
Qiymətli metal bu il təxminən 30 faiz bahalaşıb (cari qiymət). Qızıl fyuçersləri isə (gələcək qiymət) 36%-dən çox artıb. Qızılın artım tendensiyasını dəstəkləyən digər amillərə mərkəzi bankların və Çində istehlakçıların alışlarının artması, həmçinin Yaxın Şərq və Ukraynadakı münaqişələr daxildir.
Bir çox analitik qiymətlərin artmağa davam edəcəyini deyir. Bir unsiya qızılın qiymətinin 2700 dollar, 2800 dollar hətta 3000 dollar səviyyələrinə çatacağı barədə proqnozlar verilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 8 d. əvvəl
-
32 d. əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
-
- 35 d. əvvəl
-
36 d. əvvəl
Sərnişin daşınmaları ilə məşğul olan sahibkarlara subsidiya veriləcək
- 37 d. əvvəl
- 48 d. əvvəl
-
1 saat əvvəl
Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib
-
1 saat əvvəl
16 faiz gəlir təklif edən istiqrazlar barədə “Ticarətə İcazə” qərarı verilib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək
Son Xəbərlər

Azərbaycanda gediş haqqı məsafədən asılı olaraq ödəniləcək

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

17 min 846 manatdan başlayan ilkin ödənişlə mənzillər
Ən çox oxunanlar

“Şinkar Holding”ə 3,4 milyon manatlıq sifariş

Şirkətlər 17,2 milyon manatlıq müqavilələr bağladı - Ağdam şəhərində binalar tikiləcək

"Citibank" SOCAR-a borc vermək niyyətindədir - SOCAR-ın prezidenti və "Citibank"ın idarəedici direktoru görüşüb

“Bakı Fintex Forumu 2025” keçiriləcək

"Elite Construction" şirkəti Elm və Təhsil Nazirliyindən 8,7 milyon manatlıq sifariş aldı

Sentyabrın 20-də gözlənilən hava şəraiti
