Naxçıvanda qara, əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi işləri davam edir
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı" çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən tədbirlər ardıcıl olaraq davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bu istiqamətdə həyata keçirilən tədbirlərin davamı olaraq Nazirliyin Geologiya və Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən 2023-cü ilin dekabr ayından Naxçıvan iqtisadi rayonu ərazisində qara, əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi işlərinə başlanılıb.
Ağdərə-Nəsirvaz filizləşmə sahəsində 251 paqonmetr dərinliyində axtarış-kəşfiyyat quyusu qazılıb və 38 ədəd kern nümunəsi götürülüb. Götürülən nümunələr üzərində laborator analizlər aparılaraq müsbət nəticələr əldə edilib. Belə ki, qurğuşunun (Pb) miqdarı sınaqların 19-da 1,023–2,546 %, 6-da isə 0,5–0,935 % təşkil edib.
Adıçəkilən filizləşmə sahəsində layihə dərinliyi 250 paqonmetr olan 249 paqonmetr dərinliyində ikinci axtarış-kəşfiyyat quyusu da qazılıb. 2024-cü ilin sentyabr ayının sonlarında başa çatan buruq-qazma işləri zamanı kern nümunələri götürülüb və analizlər aparılması üçün laboratoriyaya göndərilib.
Qeyd edilib ki, əlvan və nəcib metalların axtarışı və qiymətləndirilməsi məqsədilə indiyədək 1392 m3 həcmində xəndək qazılıb.
Qeyd edək ki, layihə üzrə 3-cü axtarış-kəşfiyyat quyusunun qazılacağı yer müəyyənləşdirilib, qazma aqreqatının servis-təmir işlərinə, quyu meydançasına yanaşma yolunun çəkilməsinə və digər kameral işlərə başlanılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
2 d. əvvəl
Unicapital “Dirçəliş Kuboku” xeyriyyə futbol turnirinin bürünc medalçısı oldu
- 18 d. əvvəl
- 24 d. əvvəl
-
26 d. əvvəl
Kəlbəcərdə günəş panelli avtonom radiomonitorinq stansiyası istifadəyə verilib
-
39 d. əvvəl
“Xalq Kapital” zərərdən mənfəətə keçib – Gəlirləri 2 dəfəyə yaxın artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
10 saat əvvəl
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarəti vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
“Troni İnvestisiya Şirkəti”nin zərəri 2,4 dəfə azalıb
Ceyhun Bayramov Yaponiyaya rəsmi səfərə yola düşüb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 4 GÜN
Rəsmi məzənnələr açıqlandı
Artıq iri plitələr qopmayacaq! - “Matanat A”dan yeni yapışdırıcı
Azərbaycanda balıqçılıq müəssisələri AKİA-nın xətti ilə güzəştli kredit ala biləcək
Qızıl kreditini bu banka gətirənlərə endirim var
Azərbaycanda bağçılıq subsidiyası veriləcək












.webp)










