Unibankın “Əjdaha” lotereyasının ikinci tirajının qalibləri seçilib
(®) Daha 252 nəfər “Unibank”ın “Əjdaha” lotereyasının qalibi olub. Lotereyanın ikinci tirajının qalibləri Xəzər TV canlı efirində xüsusi kompüter proqramı vasitəsilə seçilib. Lotereyanın şərtlərinə görə, 2 nəfər Toyota Corolla Cross avtomobili, 10 nəfər iPhone 15 Pro, 20 nəfər 1000 AZN, 20 nəfər 500 AZN, 200 nəfər isə 100 AZN qazanıb.
“Əjdaha” lotereyasının ikinci tirajında avqustun 21-dən sentyabrın 20-dək Unibank bank kartları ilə 50 manat və yuxarı ödəniş edərək, azı 5 şansı olan müştərilər iştirak edib. İkinci tiraj qaliblərindən biri cəmi 10 şansla qalib olub. Qaliblərin siyahısında minlərlə şansı olanlar da var. “Əjdaha” lotereyasının ikinci tirajında 240 Unibank müştərisi ümumilikdə 50 min manat pul mükafatı qazanıb. Qaliblərin siyahısı bankın rəsmi saytında yerləşdirilib:
https://unibank.az/uploads/menus/1727780115qalibler%202.pdf
Lotereyanın üçüncü tirajının qalibləri oktyabrın sonlarında Xəzər TV-nin canlı yayımında xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçmə üsulu ilə seçiləcək. Artıq sentyabrın 21-dən oktyabrın 20-dək etdiyiniz ödənişlər sizə 3-cü tiraj üçün şans qazandırır. Hər tirajda iştirak etmək üçün həmin tiraj müddətində azı 50 manatlıq ödəniş edib minimum 5 şans qazanmaq lazımdır. Bu halda əvvəlki tirajda qazandığınız şanslar da bura əlavə olunur.
Şans sayınızı artırmaq üçün Unibank sizə xüsusi imkanlar yaradıb. Belə ki, üçüncü tiraj müddətində bütün yanacaqdoldurma məntəqələrində Unibank kartıyla minimum 10 manat ödəniş 3 şans qazandırır. Bravo-da etdiyiniz hər 10 manatlıq alış-veriş və Bolt Food-da etdiyiniz hər 10 manatlıq sifariş sizə 3 şans qazandırır. Eləcə də xaricdə Unibank kartı ilə xərclədiyiniz hər 10 manat yaxud bu məbləğin ekvivalenti sizə 3 şans qazandırır. Bu tiraj ərzində xarici saytlarda etdiyiniz hər 10 manatlıq ödəniş də sizə 1 deyil 3 şans qazandıracaq. Eyni zamanda “Unibank”ın mobil tətbiqi olan UBank vasitəsilə etdiyiniz bir sıra ödənişlər zamanı da hər 10 manat 3 şans qazandıracaq.
Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzildən, səkkiz ədəd Toyota Corolla Cross avtomobilindən, 50 Apple iPhone 15 Pro telefonundan birinə və 250 000 manatlıq pul uduşunda seçilmiş məbləğlərə sahib olmaq istəyirsinizsə, siz də “Əjdaha” lotereyasının iştirakçısı olun!
Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az) öyrənə bilərsiniz.
Unibank kartınla xərclə və “Əjdaha” lotereyasında iştirak et!
Unibank -Sənin Bankın!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
8 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
9 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
10 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 10 saat əvvəl
-
10 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
10 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
10 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
11 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
11 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR








.webp)


.jpg)














.jpg)
