“Caspian Equipment Company” şirkətinin xalis mənfəəti 2 dəfəyə yaxın artıb
Şirkət 2023-cü ildə 19 milyon 480 min manatlıq satışa qarşı 697 min manat xalis mənfəət əld edib.Avtomobillər və ağır texnika üçün müxtəlif markalı mühərrik və sürtgü yağlarının, akkumulyatorların, şinlərin və ehtiyat hissələrinin satışı ilə məşğul olan “Caspian Equipment Company” ASC 2023-cü ili 697 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2022-ci ili 371 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, ötən il "Caspian Equipment Company”nin xalis mənfəəti 1,9 dəfə artıb.
Marja.az xəbər verir ki, "Caspian Equipment Company”nin əsas əməliyyat gəlirləri (satış) 2022-ci ildə 15 milyon 455 min manat ikən, 2023-cü ildə 19 milyon 480 min manat təşkil edib (4 milyon 26 min manat və ya 26% artıb).
Ötən il Şirkətdə satışın maya dəyəri 16 milyon 710 min manat, kommersiya xərcləri 616 min manat, inzibati xərclər 1 milyon 190 min manat və sair xərclər 91 min manat təşkil edib. "Caspian Equipment Company" 871 min manat əməliyyat mənfəətindən 174 min manat mənfəət vergisi ödəyib.
ÖTƏN İL ŞİRKƏT BÖYÜYÜB
31 dekabr 2023-cü il tarixində “Caspian Equipment Company” 12 milyon 242 min manat cəmi aktivlərə malik olub. Şirkət 2022-ci ilin sonunda 10 miylon 6 min manat cəmi aktivlər əmalik idi.
BU İL SATIŞI AZALIB
“Caspian Equipment Company” 2024-cü ilin birinci yarısını (yanvar-iyun) 664 min manat xalis mənfəət ilə başa vurub. Halbuki şirkət ötən ilin eyni dövrünü 400 min manat xalis mənfəət ilə bağlamışdı. 2023-cü ilin 1-ci yarısında “Caspian Equipment Company”nin gəliri (satış) 11 milyon 235 mim min manat ikən, 2024-cü ilin birinci yarısında 6 milyon 832 min manata düşüb.
“Caspian Equipment Company”nin nizamnamə kapitalının 100%-i Rüstəmov Eldəniz Sabir oğluna məxsusdur.
"Caspian Equipment Company” ASC yüngül avtomobillər və ağır texnika üçün müxtəlif markalı və yüksək keyfiyyətli mühərrik yağları və sürtgü yağlarının, akkumulyator və avtomobil şinlərinin, filtrlər və digər ehtiyat hissələrinin iri korporativ və orta həcmli satış nöqtələrinə satışı (distribusiyası) ilə məşğuldur. Şirkət Azərbaycanda LukOil, KİXX mühərrik və sürtgü yağları, həmçinin WestLake şinlərinin rəsmi satış təmsilçisidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
- 8 d. əvvəl
-
19 d. əvvəl
Dövlət şirkəti 2026-cı ildə ilk ixrac əməliyyatını həyata keçirib - 32,9 milyon manat gəlir
-
28 d. əvvəl
Ötən il bankların xalis mənfəəti 117 milyon manatdan çox artıb
- 33 d. əvvəl
- 35 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
2025-ci ilin dövlət büdcəsindən Qarabağ üçün 4,5 milyard manat vəsait ayrılıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
"PAŞA Bank"ın səhmləri üzrə neçə faiz gəlirlilik ola bilər?
Ən çox oxunanlar
Nazirlik dövlət büdcəsinin icrasına dair operativ məlumat yaydı - 527,5 milyon manat artıqlıq yaranıb
Azərbaycan fondu soyutma şirkətində pay aldı
“PAŞA Bank”ın bir hissəsi əhaliyə satılacaq - TARİXİ HADİSƏ, ÖZƏL ŞİRKƏTLƏR ARASINDA BİR İLK
Yanvarın 29-da gözlənilən hava şəraiti
2030-cu ilədək 25 dayanacaq və stansiya istifadəyə veriləcək
Yağış yağacaq
Rəsmi iş yeri olmadan 50 000 AZN-dək kredit





















