"Türkiyə Mərkəzi Bankı faiz endirimini 2025-ci ilə təxirə sala bilər"
UBS, BBVA (Banco Bilbao Vizcaya Argentaria) və Barclays Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz endirimi proqnozlarını paylaşıblar. Bu qurumlar inflyasiya məlumatlarına və mövcud iqtisadi şəraitə əsaslanaraq müxtəlif tarixlərdə faiz dərəcələrinin azaldılmasını proqnozlaşdırırlar.Sentyabr ayı inflyasiya məlumatlarından sonra bir sıra xarici qurumlar - UBS, BBVA və Barclays Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz endirimi gözləntiləri ilə bağlı yeni hesabatlar dərc ediblər.
Marja xəbər verir ki, UBS, TCMB-nin noyabr ayında faiz endiriminə başlayacağını gözlədiyi halda, risklər artarsa bu qərarın 2025-ci ilə qədər uzana biləcəyini açıqlayıb.
UBS-in iqtisadçısı Gyorgy Kovacs, "Dezinflyasiya prosesində daha qeyri-müəyyən vəziyyət yaranıb. Noyabr ayında gözlənilən 0,25 faiz bəndi faiz endirimi 2025-ci ilə təxirə salına bilər",- deyib.
BBVA isə Türkiyədə aylıq inflyasiyanın gözləniləndən yüksək olması səbəbindən ilk faiz endirimi tarixi barədə proqnozunu dekabr ayına keçirib. Bank "TCMB-nin ilin sonuna inflyasiya gözləntisi 43%-ə düşsə də, bu, ehtiyatlı faiz endirimi üçün məhdud yer yaradır" kimi qiymətləndirib.
Barclays, oktyabr ayı inflyasiya məlumatları proqnozlardan yuxarı olarsa, ilk faiz endirimin 2024-cü ilin sonu və ya 2025-ci ilə təxirə salına biləcəyini vurğulayıb.
Türkiyədə inflyasiya 50 faizdən aşağı düşüb
Dünən Türkiyə Statistika Təşkilatı (TÜİK) sentyabr ayı inflyasiya məlumatlarını açıqlayıb.
Marja xəbər verir ki, məlumatlar ölkədə illik inflyasiyanın 50 faizdən aşağı düşdüyünü göstərib. Beləliklə, illik inflyasiya son üç ildə ilk dəfə olaraq Mərkəzi Bankın pul siyasəti faizindən (hazırda 50%) aşağı düşüb.
TÜİK-in məlumatına görə, istehlak qiymətləri indeksi (inflyasiya göstəricisi) sentyabr ayında ötən ilin sentyabr ayı ilə müqayisədə 49,38 faiz artıb. Sentyabrda aylıq inflyasiya isə 2,97 faiz olub (avqust ayı ilə müqayisədə sentyabrda qiymət artımı 2,97 faiz təşkil edib).
İllik baza inflyasiyada yavaşlama sentyabr ayında da davam edib. İllik baza inflyasiya 49,10%, aylıq baza inflyasiyası 3,57 faiz təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
13 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
15 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur

















.jpg)
