“Beer Loft” restoranında saxta araqlar satılıb
Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, ev 57 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Hüseynov Əli Rəşad oğluna məxsus “Beer Loft” ictimai iaşə obyektində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən keçirilmiş plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
AQTA-nın yaydığı məlumatda bildirilir ki, iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 8 ədəd 0.5 litrlik, 6 ədəd 0.7 litrlik, 4 ədəd 1 litrlik "Nemiroff" əmtəə nişanlı delikat araq, 1 ədəd 1 litrlik "Nemiroff" əmtəə nişanlı original araq, 4 ədəd 1 litrlik, 4 ədəd 0.7 litrlik, 7 ədəd 0.5 litrlik "Zerno" əmtəə nişanlı araq, 11 ədəd 0.7 litrlik, 5 ədəd 0.5 litrlik "Verba" əmtəə nişanlı araq, 4 ədəd 0.5 litrlik "Finlandiya" əmtəə nişanlı araq, 1 ədəd 0.5 litrlik "President" əmtəə nişanlı araq məhsulunun satışının həyata keçirildiyi müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Normativ hüquqi aktların tələblərinə uyğun olmayansaxta spirtli içki məhsullarının satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
4 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 4 gün sonra
- 22 saat sonra
-
-
29 d. əvvəl
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
- 31 d. əvvəl
- 52 d. əvvəl
- 57 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Azərbaycanın ödəniş sistemləri xarici ölkələrlə inteqrasiya olunacaq"
-
4 saat əvvəl
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
Son Xəbərlər
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
Azvak.az-da yeni iş elanları
Aqrar sığorta mexanizminin əhatə dairəsi daha da genişləndiriləcək
Avant Nova-da cəmi 15% ilkin ödənişlə mənzil sahibi olun
Lombard şirkəti 6,9 milyon manatlıq istiqraz buraxır
“SİMA KYC” “Rabitəbank”ın mobil tətbiqində!
Ən çox oxunanlar
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Nigeriyanın texnologiya rəhbəri Bakıda: Azərbaycanla gələcək layihələr müzakirə edildi
DYP: Bu il sükan arxasında telefondan istifadə ilə bağlı 11 mindən çox inzibati xəta aşkarlanıb
"Kriptoaktivlərlə məşğul olmaq istəyən təşkilatlar Mərkəzi Bankdan lisenziya almalı olacaqlar"
























