Bankın Cəbrayıl filialı açıldı
Ölkənin birinci bankı Kapital Bank artıq Cəbrayıl sakinlərinə də xidmət göstərəcək.
Cəbrayıl rayonu, Elsevər Paşayev küçəsi bina 3 ünvanında fəaliyyətə başlayan filialın açılışında dövlət rəsmiləri, bankın nümayəndələri və şəhər sakinləri iştirak ediblər.
Açılışda çıxış edən Kapital Bank-ın İdarə Heyətinin üzvü Fərid Hidayətzadə böyük qayıdışın dəstəkçilərindən biri olan Kapital Bank-ın Qarabağda daha bir filialının açılmasını bank üçün tarixi hadisə olaraq dəyərləndirib.
“30 il sonra azadlığına qovuşan doğma yurdumuza qayıdan insanlara xidmət göstərmək komandamız üçün olduqca qürurverici və məsuliyyətlidir. Bildiyiniz kimi Kapital Bank-ın strategiyasının mərkəzində müştəri məmnuniyyəti dayanır. Mən əminəm ki, komandamız Cəbrayıl sakinlərinə xidməti ilə onların bizim üçün nə qədər dəyərli olduqlarını hiss etdirəcəklər. Ümid edirəm ki, bu yeni filial həm sakinlər, həm də bütün Qarabağ bölgəsi üçün faydalı olacaq”.
Yeni konsepsiya əsasında təqdim edilən Laçın filialı həftə içi 5 gün saat 9:00-dan 18:00-dək müştərilərə ən yüksək səviyyədə xidmət göstərəcək. Filial bunun üçün bütün zəruri şəraitə və imkanlara malikdir. Burada Cəbrayıl sakinlərinə əmanətlər, plastik kartlar, müxtəlif növ kreditlər və digər məhsullar, hesablaşma-kassa əməliyyatları, valyuta mübadiləsi kimi əməliyyatlar da daxil olmaqla bütün növ bank xidmətləri təklif olunur.
Ölkədə ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank-ın filiallarının sayı Cəbrayıl filialının açılışının ardından 119-a çatdı. Tezliklə bankın Şuşa filialının da açılışı planlaşdırılır.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 d. əvvəl
-
2 saat əvvəl
İldə cəmi 99 AZN ödəməklə evinizi sığortalayın, dəyən zərəri PAŞA Sığorta qarşılasın
-
-
2 saat əvvəl
Kapital Bank-ın sədri 5-ci “Yüksəliş” müsabiqəsinin iki qalibi ilə Mentorluq Proqramına start verdi
- 2 saat əvvəl
-
2 saat əvvəl
Trampın İran ultimatumu və razılaşma danışıqları investorları çaşqınlıqda saxlayır
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
"ƏDV geri al” çərçivəsində 51,7 milyon manatdan çox vəsait alıcılara qaytarılıb
-
5 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Ağ Ev: ABŞ İrana qarşı nüvə silahından istifadə etməyəcək
Aktiv ƏDV ödəyicilərinin sayı daha da artıb
Ən çox oxunanlar
"TCF BOKT"ın xalis mənfəəti kəskin artıb
Mərkəzi Bankın departament rəhbəri işdən çıxıb
Aprelin 8-də gözlənilən hava şəraiti
Dövlət büdcəsinin gəlirləri proqnozu üstələyib, 1,7 milyard manatlıq artıqlıq yaranıb

























