Bankların depozitlər üzrə faiz xərcləri kəskin artıb
Əhali və biznes 9 ayda əmanətlər üzrə 636 milyon manatdan çox faizlər qazanıb.
Azərbaycanda fəaliyyət göstərən banklar 2024-cü ilin 9 ayı ərzində (yanvar-sentyabr) depozitlər üzrə 636,4 milyon manat, o cümlədən müddətli depozitlər üzrə 547,2 milyon manat faizlər ödəyiblər.
Marja.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının "Statistik Bülleten - Sentyabr 2024" buraxılışında bildirilir.
Azərbaycanda fəaliyyət göstərən banklar 2023-cü ilin 9 ayı ərzində depozitlər üzrə 449,9 milyon manat, o cümlədən müddətli depozitlər üzrə 378,7 milyon manat faizlər ödəmişdi.
Beləliklə, cari ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə bankların depozitlər üzrə xərcləri 186,5 milyon maant və ya 41,4%, o cümlədən müddətli depozitlər üzrə xərcləri 168,5 milyon manat və ya 44,5% artıb.
Müqayisə olunan dövrdə banklarda fiziki şəxslərin müddətli depozitlərin məbləği 1 milyard 497,4 milyon manat və ya 22,2% artaraq 30 sentyabr 2024-cü il tarixində 8 milyard 242,8 milyon manata çatıb. 30 sentyabr 2023-cü il tarixində banklarda fiziki şəxslərin müddətli depozitlərinin məbləği 6 milyard 745,4 milyon manat təşkil etmişdi.
Müqayisə olunan dövrdə banklarda hüquqi şəxslərin müddətli depozitlərin məbləği 1 milyard 541 milyon manat və ya 40% artaraq 30 sentyabr 2024-cü il tarixində 5 milyard 400,9 milyon manata çatıb. 30 sentyabr 2023-cü il tarixində banklarda fiziki şəxslərin müddətli depozitlərinin məbləği 3 milyard 859,7 milyon manat təşkil etmişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
6 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 16 saat əvvəl
-
20 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
21 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
22 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
Son Xəbərlər

İqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

Ərdoğan və Tramp 25 sentyabrda Ağ Evdə görüşəcək

Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
Ən çox oxunanlar

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb
