Unibank “Əjdaha” lotereyanın növbəti qaliblərinə hədiyyələri təqdim edib

(®) “Unibank”ın “Əjdaha” lotereyasının üçüncü tirajının qaliblərinə hədiyyələr təqdim olunub. Tirajın əsas hədiyyələri olan 2 ədəd Toyota Corolla Cross avtomobili və 10 ədəd iPhone 15 Pro telefonu qaliblərə birbaşa təqdim edilib, pul uduşları isə qaliblərin Unibank bank kartlarına köçürülüb. Lotereya qalibləri hər tirajın sonunda Xəzər TV-nin canlı efirində xüsusi kompüter proqramı vasitəsilə seçilir.
“Əjdaha” lotereyasının üçüncü tirajının qalibləri öz təəssüratlarını bölüşüblər:
Nuridə Əmənova 1 ildən çoxdu Unibank müştərisidir: “ Son 1 ildə bütün alış-verişlərimi Ucard-la edirəm. Çox sərfəlidir, çox rahatdır. Lotereya haqda məlumatlı olsam da, bildiriş gələndə ki “Əjdaha” lotereyadan iPhone qazanmısınız, doğrusu inanmadım. Zəng edib bankla dəqiqləşdirdim. Çalışacam növbəti tirajlara çox şans qazanım, çünki avtomobil, mənzil kimi daha gözəl hədiyyələr də var”.
Maksim Kabalnov isə 2018-ci ildən Unibank müştərisidir. Elə qalib olduğunu Xəzər TV-nin canlı efirindən eşidib: “ Lotereya haqda məlumatlıydım. iPhone 15 Pro qazandığımı da canlı efirdən bildim. Telefonuma bildiriş gələndən sonra qalib olduğuma bir daha əmin oldum. Təbii ki, belə gözəl hədiyyə qazanmaq çox sevindiricidir. Doğru bank seçdiyimə bir daha əmin oldum”.
Daha bir iPhone 15 Pro qalibi Rasim Sadıqov lotereyadan məlumatı olmasa da, ödənişlərini hər zaman Unibankın təqdim etdiyi kart ilə edib: “ Qalib olsam da, olmasam da “Unibank”a həmişə güvənmişəm, xidmətinin keyfiyyətindən, şəffaflığından əmin olmuşam. 10 ildən çoxdur bankın müştərisiyəm və əksər xidmət və məhsulundan istifadə edib, razı qalmışam”.
“Əjdaha” lotereyasının 3-cü tirajında Toyota Corolla Cross avtomobili qazanan Ruslan Əskərov 10 ildən çoxdur “Unibank”ın müştərisidir: “Bu illərdə bankın məhsul və xidmətlərindən hər zaman razı qalmışam, çünki müştəriyə bank üçün dəyərli olduğunu hiss etdirir. Avtomobil böyük və hər kəsin xəyalı olan bir hədiyyədir. Hər tirajda yüzlərlə müştərisinə belə sevinc yaşatdığı üçün “Unibank”ı alqışlayıram”.
Azər Nəsrullayev də üçüncü tirajın avtomobil qalibidir: “Uzun illərdir Unibank kartlarından istifadə edirəm. Lotereyadan məlumatım var idi. Hətta şans sayıma görə pul uduşu qazanacağımı düşünürdüm, amma Toyota Corolla Cross avtomobili udacağımı gözləmirdim. Mənə çox böyük sürpriz oldu. Sevinc hisslərimi sözlə ifadə edə bilmirəm. Unibank həmişə seçilməyi bacarıb. Elə bu lotereya, bu qiymətli hədiyyələr də, bunun göstəricisidir”.
Lotereyanın dördüncü tirajının qalibləri noyabrın sonlarında Xəzər TV-nin canlı yayımında xüsusi kompüter proqramı vasitəsilə təsadüfi seçmə üsulu ilə seçiləcək. Artıq oktyabrın 21-dən noyabrın 20-dək Unibank kartları ilə etdiyiniz ödənişlər sizə 4-cü tiraj üçün şans qazandırır. Hər tirajda iştirak etmək üçün həmin tiraj müddətində azı 50 manatlıq ödəniş edib minimum 5 şans qazanmaq lazımdır. Bu halda əvvəlki tirajda qazandığınız şanslar da bura əlavə olunur.
Seabreeze Park Residence-2-də yerləşən 3 ədəd tam təmirli və əşyalı mənzildən, 8 ədəd Toyota Corolla Cross avtomobilindən, 50 Apple iPhone 15 Pro telefonundan birinə və 250 000 manatlıq pul uduşunda seçilmiş məbləğlərə sahib olmaq istəyirsinizsə, siz də “Əjdaha” lotereyasının iştirakçısı olun!
Lotereya haqqında daha ətraflı məlumatı bankın saytından (https://unibank.az/lottery/index?language=az ) öyrənə bilərsiniz.
Unibank kartınla xərclə və “Əjdaha” lotereyasında iştirak et!
Unibank - Sənin Bankın!
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 4 gün sonra
- 4 gün sonra
-
-
5 saat əvvəl
Apple ABŞ-da iPhone Pro modellərinin qiymətini qaldırdı – 2017-dən bəri ilk dəfə
-
5 saat əvvəl
Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb
-
6 saat əvvəl
Apple iPhone 17 təqdim edildi - İndiyədək buraxılmış ən nazik iPhone
-
10 saat əvvəl
İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb
-
10 saat əvvəl
AYNA Bakı aeroportu ərazisinə daxil olan taksilərlə bağlı məsələyə münasibət bildirib
-
10 saat əvvəl
20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
11 saat əvvəl
Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur


Apple-ın səhmləri iPhone 17-lərin təqdimatdan sonra ucuzlaşıb

İsrail Qətərin paytaxtına hücuma görə məsuliyyəti öz üzərinə götürüb

20 milyon manatlıq dövlət istiqrazlarına 141 milyon manatlıq sifariş

Duz gölünə çirkab su axıdanlar cərimələnəcək
Ən çox oxunanlar

Növbəti 4 gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Uşaqların sağlam gələcəyi üçün – PAŞA Həyat və Kaspi Kids birlikdə

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub

O qədər təlabat olmuşdu ki, bitmişdi - Xüsusi şərtlərlə satılan yapon avtomobili yenidən satışda

AccessBank QSC təşkilatları tenderdə iştirak etməyə dəvət edir

Hava Limanından taksilərlə bağlı - Açıqlama

Bank mebel avadanlıqları satın alır
