Dövlət Neft Fondu valyuta satışı aylıq 4 dəfədən çox azalıb
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) valyuta satışı ilə bağlı açıqlama yayıb.
Marja.az açıqlamaya istinadən xəbər verir ki, ARDNF tərəfindən 2024-cü ilin oktyabr ayı ərzində 174,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Fond tərəfindən 2024-cü ilin sentyabr ayı ərzində 732,3 milyon ABŞ dolları məbləğində vəsait satılmışdı.
Beləliklə, ARDNF-in oktyabrda valyuta satışı sentyabr ayı ilə müqayisədə 4,2 dəfə azalıb.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən 2024-cü ilin yanvar ayı ərzində 417 milyon ABŞ dolları məbləğində, fevral ayı ərzində 920,5 milyon ABŞ dolları məbləğində, mart ayı ərzində 498,3 milyon ABŞ dolları məbləğində, aprel ayı ərzində isə 623,4 milyon ABŞ dolları məbləğində, may ayı ərzində 558,6 milyon ABŞ dolları, iyun ayı ərzində 405,6 milyon ABŞ dolları, 2024-cü ilin iyul ayı ərzində 826,3 milyon ABŞ dolları, avqust ayı ərzində 763 milyon ABŞ dolları məbləğində vəsait satılıb.
Mərkəzi Bankın bu gün yaydığı press-relizə görə, Mərkəzi Bank tərəfindən xarici valyutada dövlət xərclərinin (dövlət layihələri və tədbirləri, müdafiə, xarici valyutada öhdəliklərin azaldılması və digər strateji əhəmiyyətli) icrasına dəstək məqsədilə 424 milyon ABŞ dolları məbləğində xüsusi satış olmuşdur. Beləliklə, Mərkəzi Bankın valyuta ehtiyatları 10 ayda 241 milyon ABŞ dolları azalmışdır.
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2024-cü ilin 10 ayı ərzində (yanvar-oktyabr) 5 milyard 919,4 milyon dollar məbləğində valyuta satıb. Ötən ilin eyni dövründə Fond tərəfindən 2 milyard 539,5 milyon dollar valyuta satılmışdı. Beləliklə, 2024-cü ilin 10 ayı ərzində valyuta satışı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyard 379,9 milyon dollar və ya 2,3 dəfə artıb.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















