“Azərbaycan Dəmir Yolları” yenilənmiş korporativ veb-saytını istifadəyə verib.

(®) “Azərbaycan Dəmir Yolları” QSC (ADY) müştərilərinə daha rahat və effektiv xidmət təqdim etmək məqsədilə yenilənmiş korporativ veb-saytını istifadəyə verib.
Belə ki, www.ady.az veb-saytı həm sərnişinlərin, həm də biznes tərəfdaşların ADY-nin xidmətlərindən daha rahat yararlanmasını təmin edəcək. İstifadəçilər rahat interfeysi olan veb-saytda ADY-nin xidmətləri, layihələri və ən son yenilikləri ilə tanış olaraq müxtəlif əməliyyatları rahatlıqla icra edə bilərlər.
Veb-saytın məzmununun əsas hissəsini “Korporativ”, “Yük daşımaları” və “Sərnişin daşımaları” bölmələri təşkil edir.
“Korporativ” bölmədə ADY-nin tarixi, keçdiyi şanlı yol, şirkətin rəhbərliyi, struktur bölmələri, missiya və dəyərləri haqqında ətraflı məlumat verilib.
Yerli və xarici biznes tərəfdaşlarını maraqlandıran məqamları əhatə edən “Yük daşımaları” bölməsində innovativ həllərdən olan tarif kalkulyatoru, ADY-nin əməkdaşlıq etdiyi tərəfdaş şirkətlər, hazırda istismarda olan vaqon parkı və ölkə ərazisində yerləşən yük stansiyaları haqqında faydalı məlumatlar yerləşdirilib.
Saytın “Sərnişin daşımaları” bölməsi rahat interfeys və müasir dizaynla tərtib edilib. Yeni sayt maksimal dərəcədə sürətli və intuitiv olduğundan sərnişinlər üçün üçün bilet alışı prosesi artıq daha da asan olub. Bundan başqa, yenilənmiş şəxsi kabinet və hərəkət cədvəli zəruri məlumatların qısa zaman ərzində əldə edilməsinə imkan verir.
İstifadəçilər həmçinin sərnişin stansiyaları, səyahət sinifləri, mövcud marşrutlar, qatarlarda daşıma qaydaları və müasir üsullarla ödəmə imkanları kimi vacib məlumatları saytdan əldə edə biləcəklər.
ADY-nin Azərbaycandan keçən beynəlxalq nəqliyyat dəhlizlərində artan rolunu, transmilli hədəfləri ilə ölkənin aparıcı şirkətlərindən birinə çevrilməsini, eləcə də istifadəçilərin rahatlığını nəzərə alaraq veb-saytın məzmunu Azərbaycan dili ilə yanaşı, ingilis və rus dillərində də hazırlanıb. Qeyd edilən yenilik istər sərnişin qatarlarından istifadə edən xarici ölkə vətəndaşlarının, istərsə də potensial biznes tərəfdaşların ADY-nin xidmətlərindən yararlanmasına şərait yaradacaq.
Veb-saytda inklüzivlik və sosial məsuliyyət prinsiplərinin təşviqinin bir hissəsi kimi, “Müyəssərlik menyusu” veb-saytın istənilən bölməsində yerləşdirilmiş məzmunu köməkçi rəqəmsal alətlər vasitəsilə daha aydın görməyə və istifadəçinin istəyinə uyğun olaraq mətnin ölçülərini tənzimləməyə imkan verir. Bu isə öz növbəsində, ADY-nin xidmətlərinin bütün həssas qruplar üçün əlçatan olmasına şərait yaradır.
ADY-nin yeni veb-saytı şirkətin müasir dəmiryol sisteminin inkişafı və rəqəmsallaşma istiqamətində atdığı mühüm addımlardan biridir. Veb-sayt istifadəçilərə hər zaman dəqiq və aktual məlumatlar təqdim etməklə yanaşı, ADY-nin brend kimi qlobal müstəvidə tanıdılmasını təşviq edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 21 d. sonra
-
-
17 d. əvvəl
"ANG" şirkətinə 9,1 milyon manatlıq sifariş - AĞDAMDA BİNALAR TİKƏCƏK
- 43 d. əvvəl
-
56 d. əvvəl
Bank Transxəzər dəhlizinə dəstək üçün 45 milyon avro vəsait ayırır
-
1 saat əvvəl
“Nar” regional satış şəbəkəsini genişləndirir – yeni mağaza Salyanda!
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çin elektrikli avtomobil istehsalçılarının səhmləri Tesla-nın açıqlamasından sonra ucuzlaşıb
-
1 saat əvvəl
Hitachi və OpenAI enerji və süni intellekt sahəsində əməkdaşlığa başladı — Səhmlər kəskin bahalaşdı
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
1 saat əvvəl
Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

İrşad-da 3-5 oktyabrda "Yaşıl Cümə" başlayır

OpenAI-nın Sora tətbiqi təqdimatdan sonra viral oldu

Çin elektrikli avtomobil istehsalçılarının səhmləri Tesla-nın açıqlamasından sonra ucuzlaşıb

Hitachi və OpenAI enerji və süni intellekt sahəsində əməkdaşlığa başladı — Səhmlər kəskin bahalaşdı
Ən çox oxunanlar

Azərbaycandan Efiopiyaya genişmiqyaslı biznes səfər təşkil olunacaq

Rəsmi məzənnələr açıqlandı

Tesla-nın satışları rekord səviyyəyə çatıb

Almaniya şirkəti SOCAR-dan əlavə qaz almaq istəyir - GÖRÜŞ

İlham Əliyevin Emmanuel Makron ilə görüşü olub

Əliyevin Zelenski ilə görüşü olub
