"Hepsiburada"nın satışına icazə verildi - ALAN ŞƏXSİN AZƏRBAYCANDA DA BİZNESİ VAR
Türkiyənin Rəqabət Qurumu (Rekabet Kurulu), "Hepsiburada"nın sahibi olan "D-Market"in əksər səhmlərinin və nəzarət zərfinin "Kaspi.kz" şirkəti tərəfindən satın alınmasına icazə verib. Qazaxıstanın "Kaspi.kz" onlayn alış-veriş platforması, "D-Market"in 65,41 faizini 1,13 milyard dollara almağa razılaşmışdı.
Türkiyənin Rəqabət Qurumu (Rekabet Kurulu), Hanzade Vasfiye Doğan Boyner-in nəzarətində olan "D-Market Elektronik Hizmetler ve Ticaret Anonim Şirketi"nin əksər səhmlərinin və nəzarət zərfinin "Joint Stock Company Kaspi.kz" tərəfindən satın alınmasına icazə verib.
Marja xəbər verir ki, Qazaxıstanın onlayn alış-veriş platforması "Kaspi.kz", "Hepsiburada"nın sahibi olan "D-Market"in 65,41 faizini 1,13 milyard dollara almağa razılaşıb.
Doğan ailəsinin üzvləri ilə "Hepsiburada"nın sərmayəsinin 65,4-ünü təşkil edən A və B kateqoriyalı səhmləri almaq üçün müqavilə bağlanmışdı.
Razılaşmaya əsasən, 1,13 milyard dolların 600 milyon dolları sövdələşmənin bağlanması zamanı, 526,9 milyon dolları isə sonrakı 6 ay ərzində ödəniləcək.
Qazaxıstanın ən populyar mobil proqramı
Kaspi.kz-nin SuperApp tətbiqi 2023-cü ildə cəmi 14 milyon aktiv mobil istifadəçisi ilə Qazaxıstanda ən populyar mobil proqramı olub. Kaspi Pay SuperApp 2023-cü ildə 581 min kommersiya partnyoru ilə Qazaxıstanda biznes və sahibkarların seçdiyi rəqəmsal tərəfdaşa çevrilib.
2000-ci ildə qurulan "Hepsiburada", müştərilərinə 30-dan çox kateqoriyada 264 milyondan çox məhsul təklif edir.
Qeyd edək ki, Kaspi.kz-nin sahibi Gürcüstan vətəndaşı Mikheil Lomtadze-dir (Mixail Lomtadze). O, Azərbaycanda internet istifadəçilərinin ən çox ziyarət etdikləri elan saytlarından 4-nün - “turbo.az”, “tap.az”, “boss.az” və “bina.az”ın sahibidir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 24 d. əvvəl
-
31 d. əvvəl
AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az -
1 saat əvvəl
Yeni onlayn sığorta mağazası - Sığorta məhsullarını bir neçə dəqiqəyə əldə et
-
1 saat əvvəl
Beynəlxalq reytinq agentliyindən Azərbaycan bankının vəziyyəti üçün "sabit" proqnoz
-
1 saat əvvəl
Nazirlər Kabinetindən balıqartırma zavodları və balıq şərkətilə bağlı qərar
-
1 saat əvvəl
Gömrük anbarlarında saxlancla bağlı xidmətlərin qiymətini dövlət tənzimləməyəcək
-
2 saat əvvəl
"SOCAR Türkmənistanın yataqlarının işlənilməsinə maraq göstərir"
-
2 saat əvvəl
“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi
-
2 saat əvvəl
Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər

Sentyabrın 20-də gözlənilən hava şəraiti

AZAL yeni təyyarə aldı - Təyyarədə sürətli internet xidməti var

“PAŞA Bank” Gəncədə “Bilik Səfəri” layihəsinin açılışını elan etdi

Əməkdaşlara dəyər – "Gardashlar Mebel"in rəhbəri Əli Mirzəyevin şirkətlərə çağırışı
Ən çox oxunanlar

Qlobal birjalarda son vəziyyət - GÜNƏ BAXIŞ

Unibankın müəllimlər üçün kredit kampaniyası davam edir

Azərbaycan neftinin son qiyməti

Meta şirkəti idmançılar üçün yeni ağıllı eynəklərini təqdim edib
