XalqKartı endirimlə əldə edin
(®) Xalq Bank, sərfəli alış-veriş təcrübəsi təqdim edən XalqKartdan daha çox müştərilərin faydalanması üçün kartın satış qiymətinə endirim kampaniyasını elan edir.
31 yanvaradək XalqKart Petrol kartını 10 AZN xidmət haqqı və ya 50 AZN ilkin mədaxil ödəməklə, XalqKart Cashback kartını isə 10 AZN xidmət haqqı və ya 100 AZN ilkin mədaxil etməklə əldə etmək mümkündür.
Kampaniyada yalnız AZN valyutalı kartlara endirim tətbiq edilir.
Qeyd edək ki, XalqKart Petrol ilə müştərilər həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 3% bonus qazanıb toplanmış bonusları ölkənin ən geniş Azpetrol YDM şəbəkəsində yanacağa dəyişə bilərlər. XalqKart Cashback kartı isə nağdsız əməliyyatlardan 2% keşbek qazandıran ödəniş kartıdır. Hər iki kartda olan digər üstünlüklər bunlardır:
- AZN qalığına illik 8% əlavə gəlir;
- ölkədaxili bütün kartlara aylıq 5000 AZN-dək komissiyasız köçürmə;
- aylıq 1000 AZN-dək komissiyasız nağdlaşdırma;
- kartın onlayn sifarişi və pulsuz çatdırılma.
Hər bir kart üzrə müştəri aylıq 300 AZN məbləğində keşbek qazana bilər.
XalqKartı Bankın filiallarında, yaxud https://cardorder.xalqbank.az/ səhifəsinə keçid edərək onlayn sifariş etmək mümkündür. Bakı ərazisində çatdırılma pulsuzdur. Kampaniyaya ayrılmış kart sayı məhduddur.
Bu il fəaliyyətinin 20 ilini qeyd edən Xalq Bank hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biridir. Bank müxtəlif alternativ satış kanalları ilə yanaşı, ölkə üzrə 30 filialdan ibarət xidmət şəbəkəsi və peşəkar heyəti ilə müştərilərə müasir və rahat bankçılıq xidmətləri təklif edir.
Xalq Bankın məhsul və xidmətləri barədə məlumatları Bankın filial şəbəkəsindən, https://www.xalqbank.az/ rəsmi internet səhifəsindən, 138 Çağrı mərkəzindən, həmçinin müxtəlif sosial şəbəkə səhifələrindən əldə etmək olar.s
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 10 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
19 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb













.jpg)






.jpg)






