Mango-nun qurucusu dağ gəzintisində dünyasını dəyişib
Mango-nun qurucusu İsak Andiç Ermay dağ gəzintisi zamanı təxminən 100 metrdən yıxılaraq dünyasını dəyişib. İstanbulda anadan olan İsak Andiç 14 yaşında İspaniyaya köçüb və Barselonada yaşayıb. Forbes jurnalının açıqladığı 2024-cü il siyahısında Andiç təxminən 4,5 milyard avro sərvəti ilə İspaniyanın beşinci ən zəngin iş adamı olaraq göstərilib.İspaniyanın “Mango” tekstil şirkətinin qurucusu, Türkiyə və İspaniya vətəndaşı 71 yaşlı İsak Andiç Ermay dağ gəzintisi zamanı dünyasını dəyişib.
Marja xəbər verir ki, İstanbulda doğulan, 14 yaşında İspaniyaya mühacirət edən və illərdir Barselonada yaşayan İsak Andiç Kataloniya bölgəsindəki Monserrat dağlıq ərazisinə səfəri zamanı təxminən 100 metr hündürlükdən yıxılaraq dünyasını dəyişib.
Kataloniya muxtar hökumətinin rəhbəri Salvador İlla Roca öz paylaşımında, "Hökumətim adından onun dostlarına və Mango komandasına başsağlığı verirəm", - yazıb.
1953-cü ildə İstanbulda Sefarad yəhudi ailəsinin övladı olaraq dünyaya gələn İsak Andiç 1979-cu ildə daxil olduğu tekstil sənayesində əhəmiyyətli irəliləyişlər edib və 1984-cü ildə Mango şirkətini qurub.
Forbes jurnalının açıqladığı 2024-cü il siyahısında Andiç təxminən 4,5 milyard avro sərvəti ilə İspaniyanın beşinci ən zəngin iş adamı olaraq göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)


