Sulu qar, qar yağacaq - SABAHIN HAVA PROQNOZU
Dekabrın 19-da gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Gecə yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, sulu qara keçəcəyi ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Səhər qərb rayonlarından başlayaraq yağıntılar tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi gecə və səhər ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 6-9° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
22 saat sonra
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
- 19 d. əvvəl
-
- 24 d. əvvəl
- 27 d. əvvəl
- 30 d. əvvəl
-
32 d. əvvəl
“Fırtına Su Sistemləri” Qazaxıstan, Özbəkistan və Türkiyəyə ixrac həyata keçirir
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
"TREVA Real Estate"dən daşınmaz əmlak brokerləri üçün xüsusi tədbir
İki KOB klaster şirkətində 20-dən çox KOB birləşəcək
Amerikanın yükdaşıma nəhəngi 48 min nəfəri işdən çıxarıb
Microsoft-un OpenAI-dəki payı 27 faizə çatacaq
Apple-ın bazar dəyəri ilk dəfə 4 trilyon dolları ötdü
Bakı metrosunda gediş haqqının bank kartları ilə ödənilməsi sistemi test rejimində istifadəyə verilib
Rəsmi məzənnələr açıqlandı
Dövlət qurumu 627 mənzili güzəştlə satır - QİYMƏTLƏR
Qızıl istehsalçısı Bakı Fond Birjası ilə aktiv əməkdaşlığa hazırdır, plan hazırlamaq qərara alınıb
Avropa İttifaqında Tesla avtomobillərinin satış azalmaqda davam edir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub.























.jpg)



