“McDonald's Azərbaycan”da halal mal əti: yerli istehsala start verilməsi və yeni imkanlar - FOTO/ VİDEO
“McDonald’s Azərbaycan” restoranlarında yerli istehsal mal ətindən istifadəyə başlanılıb“McDonald’s Azərbaycan” şirkəti restoranlarında istifadə olunan məhsulların lokallaşdırılması istiqamətində növbəti mühüm addım ataraq Azərbaycanda istehsal olunan mal ətindən istifadəyə keçid etməyə başlayıb.
Halal sertifikatlı mal ətinə tam keçidin 2025-ci ilin birinci yarısında tamamlanması planlaşdırılıb.
“AzProtein Food’s Group” şirkətinə məxsus zavodun ərazisində tikilmiş yeni ixtisaslaşdırılmış istehsal zonası xüsusi olaraq “McDonald’s”ın tələbləri nəzərə alınmaqla layihələndirilib və şəbəkənin restoranlarını beynəlxalq keyfiyyətli halal mal əti ilə tam təmin etməyə imkan verir.
Müəssisənin istehsal gücü “McDonald’s Azərbaycan”ın illik təxminən 1 milyon kiloqram təşkil edən mal əti ehtiyaclarını tam şəkildə ödəməklə yanaşı, həm də gələcək artım və inkişaf üçün imkanlar yaradır.
İstehsal kompleksinin təntənəli açılış mərasimində “McDonald’s Azərbaycan”ın inkişafı lisenziyasının sahibi Cavad Marandi, şirkətin Müşahidə Şurasının sədri Fərid Əlizadə, “McDonald’s Azərbaycan”ın baş direktoru Oskar Boqopolskiy, korporasiyasının Avropa, Yaxın Şərq və Afrika üzrə vitse-prezidenti Aroşa Vijemuni və “AzProtein Food’s Group” şirkətinin Müşahidə Şurasının sədri Nazim Səfərov iştirak ediblər.
Tədbirdə çıxış edən “McDonald’s Azərbaycan”ın inkişafı lisenziyasının sahibi Cavad Marandi, yerli istehsala keçidin “McDonald’s” şirkəti üçün strateji əhəmiyyətindən danışaraq deyib:



“Lokallaşdırma uzunmüddətli strategiyamızın təməl daşıdır. Hesab edirik ki, yerli istehsalçılarla iş birliyi təkcə şirkətimizin inkişafına mühüm töhfə deyil, həm də Azərbaycanda qeyri-neft sektorunun gücləndirilməsi baxımından əhəmiyyətli addımdır. Bu, ilk növbədə, ölkənin gələcəyinə investisiya deməkdir. Mal əti istehsalının lokallaşdırılması dayanıqlı inkişafı və qarşılıqlı uğurları təmin etmək üçün yerli istehsalçılarla necə əməkdaşlıq etdiyimizin parlaq nümunəsidir”.
“AzProtein Food’s Group” şirkətinin Müşahidə Şurasının sədri Nazim Səfərov bildirib:
“Bu gün şirkətimiz və fəaliyyət göstərdiyimiz sahə üçün əlamətdar bir gündür. Biz “AzProtein Food’s Group” şirkətinin beynəlxalq standartları və yerli təşəbbüsləri özündə birləşdirən bu layihənin mühüm hissəsi olmasına görə qürur duyuruq. Məqsədimiz məhsulun dəyişməz yüksək keyfiyyətini təmin etmək və tərəfdaşlığımızın inkişafına töhfə verməkdir”.
“McDonald’s” korporasiyasının Avropa, Yaxın Şərq və Afrika üzrə təchizat zənciri şöbəsinin direktoru Ala Mohammad qeyd edib:



“Yerli istehsal olan halal sertifikatlı mal əti kotletlərinə keçid Azərbaycan bazarı üçün yeni imkanlar açır. Bu, şirkətə yerli istehlakçıların tələbatını ödəməyə, bazardakı mövqeyini gücləndirməyə, həmçinin biznesin genişlənməsinə və böyüməsinə kömək edəcək”.
Qeyd edək ki, istehsal prosesləri “McDonald’s”ın beynəlxalq standartlarına tam cavab verir. Obyektin layihələndirilməsindən tikintisinə və işə başlamasına qədər bütün mərhələlərdə şirkətin tələblərinə ciddi riayət olunub.
İstehsal kompleksində və ət kəsimi məntəqəsində keyfiyyətin idarə edilməsi sistemi (SQMS), sosial məsuliyyət (SWA), qabaqcıl istehsal təcrübələri (GMP) və digər əsas standartların yoxlanması daxil olmaqla müntəzəm auditlər keçirilir. Məhsullar halal sertifikatına malikdir və “McDonald’s” şirkətinin Almaniyada yerləşən Avropa Keyfiyyət Mərkəzinin tələblərinə cavab verir.



Müəssisənin ərazisində kəsimdən əvvəl heyvanların müvəqqəti yerləşdirilməsi üçün ferma və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən baytarlıq laboratoriyası yerləşir. “AzProtein Food’s Group” şirkətinin zavodunda keyfiyyətə nəzarət mütəxəssisləri, xətt operatorları və texniklər daxil olmaqla 120-dən çox işçi çalışır.
Layihə həmçinin regional əhəmiyyət daşıyır. Gələcəkdə məhsulların qonşu ölkələrə ixrac edilməsi planlaşdırılır ki, bu da yerli iqtisadiyyat üçün yeni imkanlar yaradacaq.
Bu addım “McDonald’s Azərbaycan” şirkətinin qeyri-neft sektorunun dəstəklənməsi və yerli təchizat zəncirlərinin inkişafı üzrə uzunmüddətli strategiyasını əks etdirir. Şirkət yerli istehsalçılarla fəal əməkdaşlığını davam etdirir və şəbəkənin restoranlarında yerli məhsulların payını artırır.
Müştərilərin xəbərləri
Azercell Gənclər Günü ərəfəsində Beynəlxalq İnformatika Olimpiadası üzrə milli komanda ilə görüş keçirib
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
4 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 4 gün sonra
-
-
4 saat əvvəl
Ağ Ev: PUA insidentinə baxmayaraq, ABŞ-İran danışıqları qüvvədə qalır
- 5 saat əvvəl
-
6 saat əvvəl
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
-
7 saat əvvəl
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlığa dair memorandum imzalayıb
-
11 saat əvvəl
Bank və BOKT-laın fişinq səhifələrini yaradan haker şəbəkəsini ifşa edildi - VİDEO
- 11 saat əvvəl
-
11 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin döviyyələri açıqlandı - SİYAHI
- 11 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Putin iqtisadi məsələlərə həs olunan iclas keçirib - "2025-də Rusiyanın ÜDM-i 1% artıb"
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Bakı Fond Birjasında Yanvar çöküşü
Nintendo-dan 2,3 milyard dollar xalis mənfəət
Azərbaycan və BƏƏ prezidentləri Əbu-Dabidə “Sülh Qalxanı – 2026” təlimini izləyiblər
"Regional" BOKT 1 milyon manat borclandı
SOCAR-ın nəzdində akademiya fəaliyyətə başlayıb
Azercell “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Tanınmış qlobal bank bu il qızılın unsiyasının qiymətinin 6 min 300 dollara çatacağını proqnozlaşdırır






















