Azərbaycan şirkəti məhdudiyyətsiz üzmə imkanlarına malik tankeri donanmasına daxil edib
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) “Capital Maritime and Trading Corp” gəmiçilik şirkətinin istismarında olan məhdudiyyətsiz üzmə imkanlarına malik “Aframax” tipli növbəti tankeri donanmasına daxil edib.
ASCO-dan bildirilib ki, tankerin təhvil-təslimi ilə bağlı ASCO və “Capital Maritime and Trading Corp” şirkətinin nümayəndələri arasında müvafiq sənədlər imzalanıb.
Yeni qəbul edilən tankerin yükgötürmə qabiliyyəti (dedveyti) 115,500 ton, uzunluğu 249,95 metr, eni 44 metr, bortunun hündürlüyü 21,2 metrdir. Sürəti 16 uzelə çatan gəmi neft və neft məhsullarının təhlükəsiz və səmərəli daşınmasını təmin etmək üçün ən son standartlara uyğun tikilib. Tanker ekoloji baxımdan beynəlxalq tələblərə cavab verir, yanacaq sərfiyyatında qənaətcildir və yüksək təhlükəsizlik sistemləri ilə təchiz edilib. Tankerin alınması layihəsi ASCO-nun mənfəəti, şirkətin yerli bazarda buraxdığı istiqrazlardan əldə olunmuş vəsait və yerli banklardan cəlb edilmiş kredit hesabına maliyyələşdirilib.
Qeyd edək ki, bu gəmi müqavilə əsasında 3 illik müddətə Braziliyanın milli neft-qaz şirkəti olan “Petrobras”a taym-çarterə verilib. Beləliklə, onun həmin dövrdə istismarı təmin edilib. Təhvil-təslimdən sonra tanker ilk yükünü Braziliyadan Sinqapur və Malayziyaya çatdırıb. Yaxın günlərdə onun Malayziyadan Səudiyyə Ərəbistanına doğru növbəti səfəri planlaşdırılır.
2023-cü ildən indiyədək beynəlxalq sularda 5-i “Aframax” tipli tanker, 2-si “Handysize” tipli quru yük gəmisi olmaqla, ümumilikdə 7 iritutumlu gəmi istifadəyə verilib. “Aframax” tipli tankerlərdən 4-ü ASCO və SOCAR tərəfindən yaradılan Birgə Müəssisə tərəfindən alınıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 14 saat əvvəl
-
- 14 saat əvvəl
-
15 saat əvvəl
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
- 15 saat əvvəl
-
15 saat əvvəl
Porsche-nin satışlarında 16 ilin ən böyük azalması baş verib
-
16 saat əvvəl
ADUA müqavilə sahəsində seysmik tədqiqatla bağlı görüləcək işlərin vaxtı və həcmi dəqiqləşdirilib
- 16 saat əvvəl
-
16 saat əvvəl
Expressbank: Kreditləşmə və depozitlərdə güclü artım qeydə alınıb
- 16 saat əvvəl
-
16 saat əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
Bank aviabilet alır - TENDER
Sıfır xərclə ticarət mümkündür?
İndi aviabiletlər də ABB Business-də alınır
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan Nəşriyyatının binası təmirə bağlanır, nəşriyyatlar və redaksiyalar köçürüləcək
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycandan Gürcüstana səfərlər 33%-dən çox artıb

















