Porsche-də geriləmə: Qlobal satışı azalıb
Almaniyanın avtomobil istehsalçısı Volkswagen Group-un idman avtomobil markası Porsche, Çindəki zəif tələb səbəbindən qlobal avtomobil satışının 2024-cü ildə 2023-cü ilə nisbətən 3 faiz azaldığını bildirib.
Marja xəbər verir ki, Porsche 2024-cü il üzrə avtomobil satışı rəqəmlərini açıqlayıb. Lüks idman avtomobil istehsalçısının avtomobil satışı 2024-cü ildə 2023-cü illə müqayisədə 3% azalaraq 310 min 718 ədədə geriləyib.
Porsche-nin Avropada satışı 2024-cü ildə 8 faiz artaraq 75 min 899-a çatıb.
Porsche-nin Şimali Amerikada satışı 1 faiz artaraq 86 min 541-ə, şirkətin daxili bazarı olan Almaniyada satışı isə, Panamera, 911 və yeni elektrikli SUV Macan-ın yeni versiyaları başda olmaqla, 11 faiz artaraq 35 min 858-ə çatıb.
Porsche sözügedən dövrdə Çinə 56 min 887 avtomobil tədarük edib ki, bu da illik müqayisədə 28 faiz azalma deməkdir.
“Çində azalma, əsasən, həmin regionda davam edən ağır iqtisadi vəziyyətlə bağlıdır”, - şirkətin açıqlamasında bildirilir.
Porsche 2024-cü ilin oktyabrında zəif tələbin davam etməsi səbəbindən Çindəki diler şəbəkəsini azaldacağını açıqlayıb.
Almaniya istehsalçısının Çinə tədarükləri qlobal satışının təxminən 20 faizini təşkil etsə də, şirkət Avropa İttifaqı (Aİ) və Çin arasında gömrük rüsumu gərginliyindən mənfi təsir görür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 3 gün sonra
- 2 d. əvvəl
-
-
14 d. əvvəl
“AZƏRMAŞ GROUP”un istiqrazlarına 106 investordan sifariş - tam yerləşdirilib
-
54 d. əvvəl
Daha 10 şirkət “Startap” şəhadətnaməsi aldı - ADLARI, 3 İL VERGİDƏN AZADDIRLAR
-
1 saat əvvəl
Dövlət şirkətinin dollar istiqrazları üçün “Açılış Zəngi” mərasimi keçirilib
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 5 GÜN
Nazir. yeni müşavir təyin edilib
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Təbriz küçəsi də yenilənir
Ən çox oxunanlar
Expressbank Mingəçevirdə təmizlik aksiyası keçirib
Hörmüzdən sonra indi də Qırmızı dəniz böhranı
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
Paşinyan: "Üçbaşlı müharibə partiyası" darmadağın edildi
İlk 5 ayda dövlət büdcəsinin gəlirləri 16,4 milyard manata çataraq proqnozu üstələyib, 3 milyard manata yaxın artıqlıq yaranıb


















.jpg)




