Gürcüstan hava limanlarında rekord sayda sərnişin və uçuş qeydə alınıb
Ötən il Gürcüstan hava limanları 7 425 399 sərnişinə xidmət göstərib, hava limanlarında 31 937 aviareys qeydə alınıb.
Bu barədə Gürcüstan Hava Limanları Assosiasiyasının (UAG) baş direktoru İrakli Karkaşadze məlumat verib.
Onun sözlərinə görə, 2023-cü illə müqayisədə sərnişinlərin sayı 24 faiz, uçuşların sayı isə 25 faiz artıb.
Gürcüstan Hava Limanları Assosiasiyasının (UAG) məlumatına görə, 2024-cü ildə Tbilisi Şota Rustaveli Beynəlxalq Hava Limanında 4 750 830 sərnişinə xidmət göstərilib. Bu da rekord göstəricidir. Həmçinin qeyd olunan dövrdə 22 715 uçuş həyata keçirilib. Bu, əvvəlki illə müqayisədə müvafiq olaraq 29 faiz və 30 faiz artım deməkdir. (2023-cü il - 3 693 942 sərnişin, 17 456 uçuş).
Kutaisi Beynəlxalq Hava Limanına gəlincə, 2024-cü ildə Davit Aqmaşenebeli adına hava limanı 1 722 809 sərnişinə xidmət göstərib, 5078 aviareys qeydə alınıb. Əvvəlki illə müqayisədə sərnişin axını 3 faiz, reyslərin sayı isə 1 faiz artıb.
Ötən ilin tarixi maksimumu Aleksandre Kartveli adına Batumi Beynəlxalq Hava Limanında qeydə alınıb: 951 760 sərnişin və 4 144 aviareys.
Bildirilib ki, 2025-ci ilin martından Böyük Britaniyanın flaqmanı olan “British Airways” Gürcüstanın hava bazarına daxil olacaq. Həmçinin mart ayından Britaniyanın aşağı büdcəli aviaşirkəti isə London, Cenevrə və Milana birbaşa müntəzəm uçuşlara başlayacaq.
Aprelin 9-dan “Transavia France” Gürcüstanın hava bazarında Paris-Tbilisi-Paris istiqamətində uçuşlar həyata keçirməyə başlayacaq. Həmçinin aprelin 12-dən etibarən Edelveys həftədə 2 tezliklə Sürix-Tbilisi-Sürix istiqamətində uçuşlar həyata keçirəcək.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
14 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir












.jpg)





.jpg)

