Ələt Azad İqtisadi Zonası sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyaya gedir
Azərbaycanda mövcud investisiya imkanları haqqında ətraflı məlumat veriləcək.Yanvarın 20-23-də Ələt Azad İqtisadi Zonasının Səlahiyyətli Qurumunun İdarə Heyətinin sədri Valeh Ələsgərovun rəhbərlik etdiyi nümayəndə heyətinin ikitərəfli əməkdaşlığı inkişaf etdirmək, iqtisadi əlaqələri gücləndirmək və müxtəlif sahələrdə yeni investisiya imkanlarını araşdırmaq məqsədilə Almaniyaya səfəri baş tutacaq.
20-21 yanvar tarixlərində nümayəndə heyəti Bavariya İqtisadiyyat Nazirliyinin yüksək vəzifəli rəsmiləri ilə görüşəcək və Münhendə keçiriləcək Almaniya-Azərbaycan İqtisadi Forumunda iştirak edəcək. Tədbirdə iştirakçılara Azərbaycanda mövcud investisiya imkanları haqqında ətraflı məlumat veriləcək.
22-23 yanvar tarixlərində nümayəndə heyəti Mayns şəhərində baş tutacaq “Annual Reception of Economy 2025” və "Azərbaycan: Gələcəyin Mərkəzi - Alman Şirkətləri üçün Strateji İmkanlar" tədbirlərində iştirak edəcək. Tədbir iştirakçıları Azərbaycanın strateji layihələri, ölkənin regional logistika mərkəzi kimi rolu və xarici investisiyaların cəlb edilməsinə köklənmiş əhəmiyyətli iqtisadi inkişafı haqqında məlumatlandırılacaq.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 1 gün əvvəl
-
1 gün əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub























