
Çinin süni intellekti bazarları silkələdi - 1 TRİLYON DOLLAR "ƏRİYİB"
Çindəki "High-Flyer Capital Management" fondu tərəfindən dəstəklənən "DeepSeek", digər süni intellekt şirkətləri ilə müqayisədə aşağı qiymətə və az sayda çipdən istifadə edərək hazırladığı yeni açıq mənbə modeli "DeepSeek-R1"i yanvarın 22-də təqdim edib. Qısa müddətdə bütün dünyada intensiv şəkildə istifadə olunmağa başlayan süni intellekt tətbiqi ABŞ-da yerləşən "ChatGPT"ni geridə qoyaraq tətbiq mağazalarında ən çox yüklənən süni intellekt proqramı olub.
Çinin "DeepSeek" startap şirkətinin ən son süni intellekt modelinin daha az çipdən istifadə edərək və digər beynəlxalq rəqiblərinə nisbətən daha qısa müddətdə inkişaf etdirilməsi qlobal texnologiya şirkətlərinin səhmlərinə satış təzyiqi yaradıb. Texnologiya nəhəngləri 24 saat ərzində böyük itkilərə məruz qalıb.
Marja.az xəbər verir ki, süni intellektin inkişafının məhsuldarlığı daha da artıracağı inamı son iki il ərzində birjalarda trilyonlarla dollar dəyərin yaranmasına səbəb olub. Süni intellekt inqilabının mərkəzində çip istehsalçısı Nvidia dayanır. Wall Street, şirkətin yüksək texnologiyalı çiplərinin rəqabətədə "aşılmaz bir qala" olduğunu düşünürdü. Nvidia-nın sürətli böyüməsi və rekord qazancı ardıcıl olaraq digər texnologiya şirkətlərini və Nasdaq Composite İndeksini üstələmişdi. İnvestorlar bu sürətin davam edəcəyinə ümid edirdilər.
Nvidia-dan tarixi itki
Lakin bazarlardakı bu nikbinlik öz yerini bədbinliyə verib. Çinin süni intellekt şirkəti "DeepSeek"in sürpriz inkişafı əsas texnologiya səhmlərini silkələyib. Nvidia-nın bazar dəyəri təxminən 600 milyard dollar azalıb və ən böyük gündəlik dəyər itkisini yaşayıb. Nvidia keçən həftə dünyanın ən dəyərli şirkəti idi.
Keçən həftə DeepSeek, OpenAI-nin ən müasir süni intellekt modelləri ilə bərabər performans göstərən AI modelini təqdim edib. Ancaq bir mühüm fərq var: DeepSeek, yaradıcı mühəndislik metodları hesabına daha az hesablama gücü tələb edir. Bu, gələcək süni intellekt modellərinin Nvidia-nın yüksək səviyyəli çiplərindən daha az asılı ola biləcəyi ilə bağlı narahatlıqları artırıb.
Hansı səhm nə qədər ucuzlaşıb?
DeepSeek-in inkişafı Wall Street-i silkələyib. Nvidia-nın səhmləri 17 faiz ucuzlaşaraq oktyabr ayından bəri ən aşağı səviyyəyə düşüb. Çip istehsalçıları Broadcom və Micron Technology-nin səhmləri 10 faizdən çox ucuzlaşıb. S&P 500 texnologiya sektoru 5,6 faiz azalıb, bu, dörd il ərzində ən böyük gündəlik itkisidir. Dow Jones Market Data-ya görə, bazar ertəsi bu kəskin ucuzlaşmalar təxminən 1 trilyon dollarlıq ümumi bazar dəyərini silib.
Yaponiyanın çip sənayesini də vurub
Çin startapı DeepSeek-in süni intellektlə rəqabət qabiliyyəti ABŞ-ın bu sahədə liderliyini şübhə altına alarkən, Yaponiyanın çiplə əlaqəli şirkətlərinin səhmləri də ucuzlaşır. Yarımkeçirici avadanlığı təchizatçısı "Advantest"in səhmləri 10 faizdən çox, "Tokyo Electron" 3,6 faiz, "Renesas Electronics" isə 2,29 faiz ucuzlaşıb. Çip istehsalçısı "Arm"ın sahibi olan "Softbank Group"ın səhmləri 5,26 faiz dəyər itirib.
Məlumat mərkəzi ilə əlaqəli səhmlər də zərbə alıblar; kabel və məftil istehsalçıları "Furukawa" və "Fujikura" şirkətlərinin səhmləri müvafiq olaraq 8,22 və 8,1 faiz ucuzlaşıb.
Çinin süni intellekti bazarları silkələdi
Süni intellekt dünyasında son dövrün ən diqqətəlayiq hadisələrindən biri Çin mərkəzli DeepSeek tərəfindən sənayeyə gətirilən böyük yeniliklər və bu yeniliklərin qlobal süni intellekt yarışına təsiridir.
Hedc fond meneceri Liang Wenfeng tərəfindən qurulan DeepSeek, cəmi iki il ərzində böyük texnologiya nəhəngləri ilə rəqabət apara biləcək bir nöqtəyə çatıb. Şirkət R1 modelini 22 yanvar 2025-ci il tarixində buraxıb və insan nəzarəti olmadan avtomatik öyrənə və özünü təkmilləşdirə bilən böyük bir dil modeli təklif edir. R1 modeli cəmi 60 günlük inkişaf və təxminən 5,6 milyon dollar büdcə ilə optimallaşdırılıb. Bu uğurun arxasında duran əsas elementlərdən biri FP8 olub. Bu üsul modeli daha az GPU ilə öyrətməyə, xərcləri azaltmağa və enerji səmərəliliyini artırmağa imkan verir.
DeepSeek-in uğuru təkcə texnoloji yeniliklərlə deyil, həm də Çinin xarici siyasət çağırışlarına strateji uyğunlaşması ilə bağlıdır. ABŞ-ın Çinin qabaqcıl süni intellekt çiplərinə çıxışını məhdudlaşdırmaq səyləri Çin şirkətlərini innovasiya və səmərəliliyə diqqət yetirməyə sövq edib. DeepSeek tərəfindən hazırlanmış bu qənaətcil model Amerika texnologiya nəhənglərinin yüksək xərcli infrastrukturlarına alternativ hesab olunur.
Bazar reaksiyaları və qiymətləndirmələr
DeepSeek-in R1 modeli texnologiya nəhənglərinin bazardakı üstünlüyünü şübhə altına alan bir dönüş nöqtəsi olub. Nvidia, AMD və Super Micro kimi nəhənglərin səhmləri kəskin ucuzlaşıb. İnvestorlar geniş miqyaslı süni intellekt investisiyalarının səmərəliliyini yenidən qiymətləndirməyə başlayıblar.
Müəssisə kapitalı investoru Marc Andreessen sosial media platformasındakı paylaşımında bu hadisəni tarixin ən böyük dönüş nöqtələrindən biri kimi təsvir edərək, “DeepSeek R1 süni intellektin Sputnik anıdır” deyib.
Barclays-dan Mitul Kotecha, "Yüksək gömrük rüsumları və texnologiya şirkətlərinə qoyulan investisiya məhdudiyyətləri tətbiq olunduqca, Çinin innovasiyada nə qədər sürətlə irəlilədiyi aydın olur" deyib.
Saxo Markets-in baş investisiya strateqi Charu Chanana, "R1 modeli göstərir ki, hazırkı liderlərin mövqelərini saxlaya biləcəklərinə zəmanət yoxdur. Çinin bu addımı gələcəkdə daha da gərgin rəqabətin olacağına işarədir",- deyib.
DeepSeek-in bu uğuru qlobal süni intellekt yarışında yeni bir dövrün qapısını açsa da, böyük texnologiya şirkətlərinin bu həftəki qazanc hesabatları prosesin gedişatını müəyyən etmək üçün kritik bir sınaq olacaq.
Çindəki "High-Flyer Capital Management" fondu tərəfindən dəstəklənən "DeepSeek", digər süni intellekt şirkətləri ilə müqayisədə aşağı qiymətə və az sayda çipdən istifadə edərək hazırladığı yeni açıq mənbə modeli "DeepSeek-R1"i yanvarın 20-də təqdim edib. Qısa müddətdə bütün dünyada intensiv şəkildə istifadə olunmağa başlayan süni intellekt modeli ABŞ-da yerləşən "ChatGPT"ni geridə qoyaraq tətbiq mağazalarında ən çox yüklənən süni intellekt tətbiqi olub.
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 17 saat əvvəl
-
2 gün əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
-
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
2 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 2 gün əvvəl
Son Xəbərlər

"Bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Yerli icra hakimiyyətləri imkan vermir"

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir

Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Zəif ABŞ göstəricilərindən sonra qızılda yeni rekord

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
