Starbucks-ın qlobal satışları azalıb
Starbucks-ın qlobal satışları ötən ilin oktyabr-dekabr dövründə də azalıb.ABŞ-ın Starbucks qəhvəxana şəbəkəsinin qlobal satışları keçən ilin oktyabr-dekabr dövründə 4 faiz azalıb.
Marja xəbər verir ki, maliyyə təqvimində 29 dekabr 2024-cü ildə başa çatan üç aylıq dövrü 2025-ci maliyyə ilinin birinci rübü hesab edən qəhvəxana şəbəkəsi Starbucks balans hesabatını açıqlayıb. Hesabata görə Starbucks-ın qlobal satışları qeyd olunan dövrdə 4 faiz azalıb.
Şirkətin satışları Şimali Amerikada və ABŞ-da da azalıb. Çində satışları 6 faiz düşüb.
29 dekabr 2024-cü il tarixində sona çatan üç aylıq dövrdə Starbucks-ın gəliri əvvəlki ilin eyni dövrü ilə müqayisədə dəyişməz olaraq 9,4 milyard dollar olub. Şirkətin səhmbaşına mənfəəti 2023-cü ilin eyni dövrü ilə müqayisədə 23 faiz azalaraq 69 sent olub.
İsraili dəstəkləyən beynəlxalq şirkətlərə qarşı boykot şirkətə mənfi təsir göstərib
Starbucks, İsrailin Qəzzaya hücumları səbəbiylə etirazlar və boykot kampaniyaları ilə üzləşən şirkətlərdən biridir. Etirazlar və boykot kampaniyaları Starbucks-ın maliyyə nəticələrinə son dörd rübdə mənfi təsir göstərib.
Qəhvəxana şəbəkəsi 2023-cü ilin oktyabr-dekabr dövrü üçün illik satış proqnozunu qismən Yaxın Şərqdəki mağazalardakı satışların mənfi təsirinə görə aşağı salmışdı.
Ötən ilin yanvar-mart dövründə şirkətin gəliri 2 faiz azaldığı halda, qlobal satışları 4 faiz azalaraq 2020-ci ilin sonundan bəri ilk dəfə azalmışdı.
Starbucks, qlobal satışlarının keçən ilin aprel-iyun dövründə 3 faiz, iyul-sentyabr dövründə isə 7 faiz azaldığını bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub





















.jpg)




