Neft daha da ucuzlaşdı
Trampın Meksika və Kanadaya gömrük rüsumlarını dayandırmaq qərarından sonra neft ucuzlaşıb.Çərşənbə axşamı neft, ABŞ prezidenti Donald Trampın ölkənin iki ən böyük neft tədarükçüsü olan Meksika və Kanadaya yüksək tarif (gömrük rüsumu) tətbiq etməsini bir ay təxirə salınacağını elan etməsindən sonra ucuzlaşıb.
Marja xəbər verir ki, Bakı vaxtı ilə saat 11:00-a olan məlumata görə, Brent fyuçersləri 1 faiz düşərək barreli 75,22 dollara, ABŞ xam neftinin fyuçersləri 1,3 faiz ucuzlaşaraq 71,97 dollara düşüb.
Həm Kanadanın baş naziri Kastin Trudeau, həm də Meksika prezidenti Klaudiya Şeynbaum Trampın immiqrasiya və narkotik ticarətinə qarşı sərt tədbirlər tələbinə cavab olaraq sərhədlərin qorunması səylərini artırmağa razılaşdıqlarını bildiriblər.
Tariflərin dayandırılması ilə bağlı razılaşmaya baxmayaraq, ING analitikləri, Kanadanın ABŞ-dan kənara ixrac variantlarını genişləndirməyincə, ticarət müharibələrinə qarşı həssas olaraq qalacağını söyləyib. Kanada digər ölkələrə neft ixracını artırmaq üçün neft yataqlarından limanlarına boru kəmərləri tikməlidir.
"Bu infrastrukturun qurulması bir neçə il çəkəcək, lakin Kanada istehsalçılarına daha çox çeviklik təmin edəcək" - ING analitikləri bildirib.
Ağ Ev Trampın Çin prezidenti Si Cinpinlə danışıqlar aparmağı planlaşdırdığını və bütün Çin mallarına 10 faizlik gömrük rüsumunun çərşənbə axşamından etibarən qüvvəyə minəcəyini bildirib. Buna cavab olaraq Çin bəzi ABŞ məhsullarına yeni tariflər elan edib və Google-a qarşı yeni araşdırma başladıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
7 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
8 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 8 saat əvvəl
-
9 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)








.jpg)







