“Azəristiliktəchizat” İT sistemlərini “Hökumət buludu”na köçürüb
(®) “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2019-cu il 3 iyun tarixli 718 nömrəli Fərmanının icrası davam etdirilir.
Fərmanın icrası çərçivəsində informasiya sistemləri və ehtiyatlarını “Hökumət buludu”na köçürən növbəti dövlət qurumu “Azəristiliktəchizat” ASC olub.
“Azəristiliktəchizat” ASC informasiya sistemləri və ehtiyatlarını tam şəkildə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyindəki “AznTelecom” MMC-yə məxsus Bakı Data Mərkəzinə yerləşdirib. “AzInTelecom” MMC tərəfindən “Azəristiliktəchizat” ASC-yə Virtual server – IaaS (İnfrastructure-as-a-Service) və Rezervlənmə – BaaS (Backup-as-a-Service) “bulud” xidmətlərinin göstərilməsi təmin olunub. Bununla da qurum kritik sistemlərin yüksək əlçatanlığını təmin edib.
Qeyd edək ki, RİNN tərəfindən həyata keçirilən “Hökumət buludu” layihəsinin icraçısı “AzInTelecom” MMC-dir. Layihə çərçivəsində dövlət qurumlarının İT sistemlərinin “AzInTelecom”a məxsus Bakı və Yevlax Data mərkəzlərinə tam və ya qismən miqrasiyası həyata keçirilir. Miqrasiya nəticəsində qurumların cari İT xərcləri azalır və informasiya sistemlərinin məhsuldarlığı artır. Beləliklə, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə, sabit və dayanıqlı İT infrastrukturuna, operativ koordinasiya ilə yüksəkkeyfiyyətli servis təminatı və 24/7 monitorinq xidmətinə nail olunur.
“AzInTelecom” MMC “bulud” xidmətləri üzrə beynəlxalq standartları müəyyənləşdirən “TIER III” sertifikatını Cənubi Qafqaz regionunda əldə etmiş ilk qurumdur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 4 gün sonra
-
34 d. əvvəl
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
-
- 36 d. əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
2 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 6 GÜN
"Pərakəndə ticarət sektorunda xalis mənfəət kritik həddə düşüb"
Paşinyan qələbəsini elan edib
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 6 GÜN
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Ən çox oxunanlar
Beynəlxalq mal və qoyun əti qiymətləri daha da artıb
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub















.jpg)







