Amazon-un satışı və mənfəəti artıb
ABŞ-ın e-ticarət nəhəngi Amazon-un xalis satışı ötən ilin dördüncü rübündə 187,8 milyard dollara yüksəlib, şirkətin xalis mənfəəti isə 20 milyard dollara çatıb.Amazon 2024-cü ilin oktyabr-dekabr dövrü üçün balans hesabatını açıqlayıb.
Marja xəbər verir ki, Amazon-un xalis satışı keçən ilin son rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə təxminən 10% artaraq 187,8 milyard dollar təşkil edib.
Bazar proqnozu şirkətin bu dövrdə 187,3 milyard dollar xalis satış açılayacağı idi. Şirkətin xalis satışı 2023-cü ilin dördüncü rübündə 170 milyard dollar təşkil etmişdi.
20 milyard dollar xalis mənfəət
Ötən ilin son rübündə Amazon-un xalis mənfəəti də 20 milyard dollara yüksəlib. Şirkət ötən ilin eyni dövründə 10,6 milyard dollar xalis mənfəət əldə etmişdi.
Elektron ticarət nəhənginin səhmbaşına qazancının 2024-cü ilin son rübündə 1,86 dollar olacağı proqnozlaşdırılır. Şirkət 2023-cü ilin eyni dövründə səhm başına 1 dollar mənfəət açıqlamışdı.
Şirkətin xalis satışı tam 2024-cü il ərzində 11% artaraq 638 milyard dollar, eyni dövrdə xalis mənfəəti isə 59,2 milyard dollar olub.
Amazon, bu ilin birinci rübündə 151 milyard dollardan 155,5 milyard dollara qədər xalis satış gözlədiyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
1 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
2 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)









