Cybertruck analizi: Ən təhlükəli avtomobil Ford Pinto-dan 17 dəfə daha təhlükəlidir
Teslanın mübahisəli elektrik yük maşını Cybertruck, təhlükəsizliklə bağlı narahatlıqları artırmağa davam edir. Son araşdırmalar göstərib ki, avtomobil yanğın təhlükəsizliyi baxımından avtomobil tarixinin ən uğursuz modellərindən biri olan Ford Pinto-dan belə daha təhlükəli ola bilər. FuelArc-ın təhlilinə görə, Cybertruck yanğınlarında ölüm Pinto yanğınlarındakı ölümdən 17 dəfə çoxdur.
Tesla-nın mübahisəli elektrik yük maşını Cybertruck-ın, avtomobil tarixinin ən təhlükəli avtomobillərindən biri kimi tanınan Ford Pinto-dan daha təhlükəli olduğu müəyyən edilib.
Marja xəbər verir ki, müstəqil avtomobil bloqu "FuelArc" tərəfindən aparılan araşdırmaya görə, Cybertruck-dəki yanğınlarda ölümlər Ford Pinto-da baş vermiş yanğınlardakı ölümlərdən 17 dəfə çoxdur.
"FuelArc" bu qənaətə satış həcmini və yanğından ölənlərin sayını müqayisə edərək gəlib. Pinto cəmi 3 milyon 173 min 491 ədəd satdığı halda, Cybertruck-dan indiyə qədər 34 min 438 ədəd satıldığı təxmin edilir. Pinto-nun səbəb olduğu yanğın nəticəsində ölənlərin sayı 27 nəfər olub, Cybertruck-da ən azı 5 ölüm olduğu bildirilib. Bu məlumatlara görə, Cybertruck hər 100 000 avtomobilə 14,52, Ford Pinto isə 0,85 yanğın ölüm nisbətinə malikdir.
Analitiklər Cybertruck istifadəçilərinə təhlükəsizlik xəbərdarlığı edir
"FuelArc" şirkətinin analitiki Cybertruck sahiblərinə təcili qapı kilidlərinin harada yerləşdiyini və necə işlədiyini öyrənməyi tövsiyə edib. O, həmçinin vurğulayıb ki, avtomobildə olan arxa oturacaq sərnişinləri də bu məsələ ilə bağlı məlumatlandırılmalıdır.
Bununla belə, bildirilir ki, Tesla Cybertruck satış məlumatlarını ictimaiyyətə açıqlamaqdan yayınır, ona görə də təhlildə istifadə edilən rəqəmlər təxminidir.
Təhlükəsizlik testlərində uğursuz olub
Teslanın təhlükəsizliklə bağlı şəffaflığın olmaması da tənqidlərə səbəb olub. Təxminən 3 ton ağırlığında olan Cybertruck-un ABŞ Milli Avtomobil Yolları Trafik Təhlükəsizliyi İdarəsi (NHTSA) tərəfindən müstəqil qəza sınaqlarından keçmədiyi və Teslanın öz daxili test məlumatlarını açıqlamaqdan imtina etdiyi ortaya çıxıb.
Bu vəziyyət təkcə Cybertruck sürücülərinin deyil, həm də digər sürücülərin və piyadaların təhlükəsizliyi üçün böyük risk yaradır.
Avropada qadağan edilə bilər
Avropa Birliyinin təhlükəsizlik agentlikləri avtomobilin Avropa küçələrinə çıxmasını qadağan etmək üçün çalışır.
Lakin Şimali Amerikada on minlərlə Cybertruck hələ də yoldadır və ciddi təhlükəsizlik riskləri yaradır. Bildirilir ki, şirkət təhlükəsizlik nöqsanlarını aradan qaldırmasa, Cybertruck gələcəkdə istehsalı dayandırıla biləcək avtomobillər arasında ola bilər.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 5 saat əvvəl
-
- 5 saat əvvəl
-
5 saat əvvəl
Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı
- 5 saat əvvəl
-
5 saat əvvəl
BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb
-
5 saat əvvəl
Bank sektorunda depozit və kredit portfelləri üzrə təmərküzləşmədə azalma müşahidə olunur
-
6 saat əvvəl
Mərkəzi Bank: Kredit portfelinin intensiv artım tempində azalma müşahidə olunur
- 6 saat əvvəl
-
6 saat əvvəl
Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi
- 6 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Mərkəzi Bank: Sığorta sektorunun mənfəətliliyi azalıb

Hazırda Bakıda qiyməti orta səviyyədə olan bir ev almaq üçün 18,1 ilin maaşını cəmləyib ödəmək lazımdır

Azərbaycanın investisiya şirkətlərinin dövriyyələri açıqlandı

BOKT sektorunda kredit portfelinin keyfiyyəti pisləşib - Qeyri-işlək kreditlər artıb

İraq, Özbəkistan, Türkmənistana ixrac edilir, Rusiya və Qazaxıstana da satış üçün danışıqlar aparılır
Ən çox oxunanlar

Azər Türk Bank Almaniyanın Frankfurt şəhərində keçirilən Sibos 2025 forumunda iştirak etdi

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Xalq Bankdan Digital Card-la əməliyyatlara 20 %-dək keşbek!

Dövlət 2 bankda 300 milyon manatı depozitə yerləşdirdi

Günəbaxan yağınn qiyməti 3 ilin maksimumunu görüb
