Technovate-Sabah Angel Investors Club artıq SABAH.angels adlanır
Azərbaycanın startap ekosistemi transformasiya mərhələsindədir. Sənaye dinamikası dəyişir, yeni oyunçular meydana çıxır, investisiya mədəniyyəti yetkinləşir. Belə bir məqamda "Technovate-Sabah Angel Investors Club" artıq "SABAH.angels" adlanaraq mühüm bir addım atdı və SABAH.HUB ekosisteminin bir parçasına çevrilib.
Keçirilən tədbirdə "Technovate Investments"in prezidenti Fərid İsmayılzadə, SABAH.HUB innovasiya mərkəzinin baş icraçı direktoru Rəhim Bayramlı və İRİA nümayəndəsi Ağahüseyn Əhmədov çıxış edərək vurğuladılar ki, yerli mələk investorlar ekosistemin fəal iştirakçılarına çevrilərək inkişaf prosesində mühüm rol oynayırlar.
Klubun SABAH.HUB daxilində yenidən formalaşması startaplar üçün investisiya imkanlarını genişləndirir və onların qlobal bazara çıxışını sürətləndirir. Hər bir ideya, təşəbbüs dərin analiz olunur, çünki “Seçim Komitəsi” namizədləri yalnız bazar potensialı yüksək olan layihələr arasından seçir. Yatırımın effektivliyini artırmaq, riskləri minimallaşdırmaq əsas prioritetlərdəndir. İndiyə qədər klubun 57 aktiv investoru tərəfindən 200,000 ABŞ dollarından çox investisiya yatırılıb. Hədəf isə: 500 000 ABŞ dollarına çatmaq, beynəlxalq mələk investorlarla əlaqələri genişləndirmək və Azərbaycanın startap ekosistemini dünya səviyyəsinə çıxarmaq.
Klubun qarşıya qoyduğu məqsədlər təkcə rəqəmlərlə məhdudlaşmır. Əsas prioritetlər mələk investisiya mədəniyyətini genişləndirmək, inkişaf etmiş ekosistem yaratmaq, Azərbaycan startaplarını qlobal bazarlara çıxarmaq, investisiya, mentorluq və təlim proqramlarını daha geniş şəkildə icra etmək, daimi investor görüşləri və əməkdaşlıq platformaları formalaşdırmaqdır. Bu təşəbbüsün bir hissəsi olmaq, gələcəyin uğurlu texnoloji şirkətlərinə dəstək vermək istəyənlər üçün klubun qapıları açıqdır.
INNOLAND Inkubasiya və Akselerasiya Mərkəzi tədbirin təşkilinə ev sahibliyi edərək bu cür təşəbbüsləri dəstəklədiyini, ekosistemin inkişafı üçün yeni platformaların yaradılmasına töhfə verəcəyini bildirib.
SABAH.angels, Azərbaycanın texnologiya və innovasiya ekosistemində yeni bir mərhələyə qədəm qoyur. Daha ətraflı məlumat üçün sabahangels.com/ vebsaytımızı ziyarət edə və ya suallarınızı [email protected] vasitəsilə bizə ünvanlaya bilərsiniz.
İndi dəyişikliyin bir hissəsi olmaq vaxtıdır. Gələcəyin uğurlu startaplarını birlikdə formalaşdıraq!
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır



















