“SABAH.city” innovasiya şəhərciyinin növbəti rezidenti – “Future Lab”
“PASHA Holding” tərəfindən təsis edilmiş “Future Lab” innovasiya laboratoriyası ilə Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkı (YTP) arasında niyyət protokolu imzalanıb. Sənədi “Future Lab”ın baş icraçı direktoru Fərrux Əliyev və Yüksək Texnologiyalar Parkının baş direktoru Nihat Məcidov imzalayıblar.
YTP-dən bildirilib ki, razılaşmaya əsasən, “Future Lab” innovasiya laboratoriyası “SABAH.city” innovasiya şəhərciyində fəaliyyət göstərəcək və bu ekosistemin inkişafına innovativ texnologiyalarla töhfə verəcək.
“SABAH.city” innovasiya şəhərciyi Elm və Təhsil Nazirliyinin Yüksək Texnologiyalar Parkının bazasında qurulacaq. Burada ali təhsil müəssisələrinin aparıcı proqramları, elmi-tədqiqat laboratoriyaları, özəl təhsil müəssisələri, innovativ şirkətlər, startaplar və innovasiya ekosisteminin digər oyunçuları bir məkanda cəmləşəcək.
Layihənin məqsədi insan kapitalının inkişafına, elmi tədqiqatların kommersiyalaşdırılmasına, təhsil və sənaye arasında bilik transferi prosesinə, eləcə də bilik iqtisadiyyatında yeni iş yerlərinin yaradılmasına dəstək verməkdir. Şəhərciyin 20 hektar ərazidə inşa edilməsi planlaşdırılır və ilk fazasının açılışı 2026-cı ilə planlaşdırılır.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Fevralın 1-də gözlənilən hava şəraiti
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır





















