10 tələbə Azercell-dən təqaüd qazanıb
Şirkət “Tələbə Təqaüdü 2025” proqramının qaliblərini elan edib(®) Azercell "Parlaq gələcəyə yaxın ol!" şüarı ilə həyata keçirilən “Tələbə Təqaüdü 2025” proqramının qaliblərini təbrik edib. Şirkət daha 10 tələbəyə təhsil müddətinin sonunadək hər ay təqaüd ayıracaq.
Seçim prosesi boyunca Azercell nümayəndələri həmçinin bir sıra universitetlərdə tələbələrlə görüş keçirib, şirkətin təqaüd və karyera imkanları barədə məlumat veriblər. Proqrama ölkənin müxtəlif ali məktəblərindən 450 tələbə müraciət edib. Namizədlər beş mərhələli seçim çərçivəsində yazılı tapşırıqlar, elmi potensialın qiymətləndirilməsi və müsahibələr əsasında dəyərləndirilib.
Bu il təqaüd proqramında Kibertəhlükəsizlik, Data Elmləri, Süni İntellekt, Radiotexnika və Telekommunikasiya mühəndisliyi, İnformasiya Texnologiyaları ixtisasları üzrə təhsil alan tələbələr fərqləniblər.
Təqaüdlə yanaşı, qaliblər həmçinin Azercell-də təcrübə keçmək, peşəkar inkişafını gücləndirmək üçün müxtəlif təlimlərdə iştirak etmək, şirkətin korporativ tədbirlərinə qatılmaq və telekommunikasiya sahəsində biliklərini artırmaq imkanı da əldə edəcəklər.
Qeyd edək ki, istedadlı gənclərə daima dəstək olan Azercell 16 il ərzində 300-dən çox tələbəyə təqaüd ayırıb.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 12 d. əvvəl
-
56 d. əvvəl
ABŞ–İran arasında gərginliyin azalması fonunda neft qiymətləri 4%-dən çox düşüb
-
- 1 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Rəsmi məzənnələr açıqlandı
Qızıl daha da ucuzlaşdı - Qiyməti düşməkədə davam edir
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
Ən çox oxunanlar
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir










.png)














