Peşə təhsili ilə bağlı faydalı layihə başladı - Gənclərin diqqətinə!
Peşə təhsili ilə bağlı layihənin icrasına başlanıldı"Azərbaycan Jurnalistlər Şəbəkəsi" İB “Ölkədə peşə təhsilinə marağın artırılmasına dəstək” adlı layihənin icrasına başlayıb.
Layihənin məqsədi peşə təhsili barədə ictimaiyyətdə mövcud olan stereotipləri qırmaq və gənclər arasında peşə təhsilinə marağın artırılmasına nail olmaqdır.
Layihə çərçivəsində gənclərdə peşə təhsilinə marağın yaradılması, onların gələcək peşə karyerasının qurulmasında zəruri məsləhətlərin verilməsi nəzərdə tutulur. Bunun üçün layihə iştirakçıları üçün peşəkar təlimlərin təşkili, cəmiyyətdə ictimai rəyin formalaşmasında böyük rol oynayan, yaradıcı kontent vasitəsilə brendin hədəf auditoriyasının diqqətini çəkə bilən influencerlərlə görüşlərin keçirilməsi, həmçinin uğur hekayələrinə həsr olunan videoçarxların hazırlanması planlaşdırılır.
Layihə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən elan olunmuş “Təhsildə könüllü fəaliyyətin təşkili” qrant müsabiqəsi çərçivəsində həyata keçirilir.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
- 15 d. əvvəl
-
15 d. əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 21 d. əvvəl
-
49 d. əvvəl
Tramp Kubaya neft satan ölkələrə gömrük tarifi tətbiqini nəzərdə tutan sərəncam imzalayıb
-
8 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Rəsmi məzənnələr açıqlanıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
Kimya şirkəti Dow 4 min 500 nəfəri işdən çıxaracaq
Ən çox oxunanlar
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub



















