"“Efendiler Group” və “Li Auto” arasındakı tərəfdaşlığı şübhə altına alan məlumatlar dezinformasiyadır" - AÇIQLAMA
"2025-ci ilin mart ayında ölkəmizdə “Li” brendinə məxsus avtomobillərə texniki xidmət göstərəcək “yeganə” xidmət məntəqəsi olan rəsmi servisimiz fəaliyyətə başlayacaq. Fəaliyyəti dövründə “Li” avtomobillərinin istifadəçiləri bu servis mərkəzinin istehsalçının Azərbaycanda rəsmi nümayəndəliyi olduğuna və bütün tələb olunan standartlara cavab verdiyinə şəxsən şahid olacaqlar".“Efendiler Group” şirkətinin Azərbaycanda Çinin “Li Auto” şirkətinin rəsmi nümayəndəliyi olmadığı barədə yayılmış məlumatı təkzib edən açıqlama paylaşılıb.
Qeyd edək ki, 19 Fevral 2025-ci il tarixində "Efendiler Group" şirkəti “Li Auto” brendinin Azərbaycandakı rəsmi nümayəndəsi olduğunu bəyan edib. Ardınca, 21 fevral 2025-ci il tarixində "NEO Motors" şirkəti bildirib ki, "Li Auto" şirkəti Azərbaycanda heç bir rəsmi müqavilə imzalamayıb və bu məsələnin yalnız 2026-cı ildə nəzərdən keçirməyi planlaşdırır. Məlumatın "NEO Motors" və "Li Auto" nümayəndələri arasında baş tutan rəsmi telefon danışığı əsasında təqdim olunduğu qeyd edilmişdi.
"Li Auto Azerbaijan" Facebook səhifəsində "Efendiler Group" şirkətinin adı qeyd olunmaqla məlumat paylaşılıb.
Marja.az məlumatı təqdim edir:
"Bəzi KİV-lər “Efendiler Group” və “Li Auto” arasındakı tərəfdaşlığı və əməkdaşlığı şübhə altına almaq məqsədilə “sifariş” əsasında dezinformasiyalar yayımlamışdır.
İlk növbədə qeyd edək ki, 2025-ci ilin mart ayında ölkəmizdə “Li” brendinə məxsus avtomobillərə texniki xidmət göstərəcək “yeganə” xidmət məntəqəsi olan rəsmi servisimiz fəaliyyətə başlayacaq. Fəaliyyəti dövründə “Li” avtomobillərinin istifadəçiləri bu servis mərkəzinin istehsalçının Azərbaycanda rəsmi nümayəndəliyi olduğuna və bütün tələb olunan standartlara cavab verdiyinə şəxsən şahid olacaqlar. Belə ki, martın 15-dən etibarən problemi olan və digər servislərdə həlli tapılmayan “Li” avtomobilləri istifadəçiləri tərəfindən rəsmi servisimizdə öncədən qeydiyyatdan keçirilərək xidmətlərimizdən yararlana bilərlər. Sosial şəbəkələrimizi izləyən hər kəs mütəmadi olaraq paylaşacağımız yeniliklər, gördüyümüz işlər və kampaniya çərçivəsində zavod tərəfindən dəvət edilən avtomobillərdə aparılan dəyişikliklər barədə məlumat əldə edəcək.
Satışa təqdim edəcəyimiz “Li” avtomobillərinin əsas komponenti olan zəmanət şərtləri ilə bağlı bildiririk ki, hər bir maraqlanan şəxs müqavilə əsasında təqdim edilən zəmanətin istehsalçı “Li Auto” tərəfindən müəyyən edilmiş beynəlxalq standartlara tam uyğun olduğuna əmin ola biləcək və avtomobilin hansı zəmanətlə verilməsi ilə ətraflı tanış olmaq imkanı əldə edəcək.
Qeyd etmək yerinə düşər ki, bu, “Li” avtomobillərinin qeyri-rəsmi və pərakəndə satışını həyata keçirən şirkətlərin təqdim etdiyi “daxili zəmanət” anlayışı deyil.
Hal-hazırda “Efendiler Group”un inşasını davam etdirdiyi və bu ilin iyun ayında tamamlanması planlaşdırılan əsas “Showroom” tam istifadəyə verilməzdən əvvəl , növbəti həftə ərzində fəaliyyətə başlayacaq “City Showroom”da “Li” avtomobilləri artıq öz sevənlərinə təqdim olunacaq.
Eyni zamanda, tikilməkdə olan əsas “Showroom”un bütün interyer və eksteryer dizaynı “Li Auto” rəsmilərinin göndərdiyi və tələb etdiyi standartlara tam uyğun şəkildə müəyyən edilmişdir. Ümumi sahəsi 900 m² olan “Showroom”, 300 m²-lik ofis, 1300 m²-lik parkinq və 3000 m²-lik servisdən ibarət bu nəhəng “Li” mərkəzinin açılışına dair hər hansı sualı və ya şübhəsi olan hər kəs indidən dəvətlidir. Belə yatırımlar böyük maliyyə vəsaiti tələb edir və nəinki bizim şirkətimiz, hətta fərdi sahibkarlar və ya kənar şirkətlər hər hansı rəsmi əlaqəsi olmadan bu miqyasda investisiya planını özbaşına həyata keçirə bilməz və etməz.
Bundan əlavə, istənilən xarici şirkətin rəsmi nümayəndəsi “bazar araşdırması” aparmaq məqsədilə istənilən vaxt müxtəlif şirkətlər və ya şəxslərlə görüşlər keçirə və ya müxtəlif vasitələrlə əlaqə yarada bilər ki, bu da beynəlxalq iqtisadi fəaliyyət reqlamentinə tam uyğundur. Lakin bu cür görüşlər həmin şirkət və ya şəxslər arasında rəsmi əməkdaşlıq münasibətlərinin mövcud olduğu anlamına gəlmir.
Diqqətə çatdırılmalıdır ki, fəaliyyət göstərdiyi müddət ərzində “Efendiler Group” dilerlik, distribütorluq, partnyorluq və bu kimi digər rəsmi statuslara malik olmayan heç bir şirkətlə əməkdaşlıq etməmiş və müştərilərinə qeyri-rəsmi xidmətlər təqdim etməmişdir.
Eyni zamanda bildiririk ki, “Efendiler Group” olaraq hər hansı digər şirkətlərin və ya şəxslərin ölkəmizdə “Li” avtomobillərinin satışını həyata keçirməsi bizim maraq dairəmizə daxil deyil və fəaliyyətimizə heç bir aidiyyəti yoxdur.
Rəsmi partnyor qismində fəaliyyət göstərən “Efendiler Group” öz satışını həyata keçirəcəyi avtomobillərlə yanaşı, yalnız 2024-cü ilə qədər satılmış “Li” avtomobillərinə servis xidməti göstərəcəkdir.
“Efendiler Group” və “Li Auto” arasında rəsmi partnyorluq elan edildikdən sonra barəmizdə işgüzar nüfuza zərər verə biləcək əsassız məlumatların yayılmasına səbəb olmuş şəxslər və şirkətlərlə bağlı müvafiq tədbirlərin görülməsi üçün hüquqi addımlar atılacaq və bu məqsədlə aidiyyəti üzrə məhkəməyə müraciət ediləcəkdir.
Bundan sonra “Efendiler Group” olaraq, yuxarıda qeyd olunan məsələlərlə bağlı KİV və digər informasiya subyektlərinin sorğularına heç bir açıqlama verməyəcəyimizi, həmçinin, bu paylaşımın rəsmi açıqlama kimi qəbul edilməli olduğunu bildiririk".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 48 san. əvvəl
-
-
31 d. əvvəl
Əsas səhmdarı SOCAR olan Bankın mənfəəti 2 dəfədən çox azalıb - BU BANKDA MƏNFİ TENDENSİYA BAŞ VERİB
-
46 d. əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
47 d. əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
- 2 saat əvvəl
-
3 saat əvvəl
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sıfır xərclə ticarət mümkündür?
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI
Dekabrda Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 3%-dən çox, mobil internetin sürəti isə 6%-dək artıb
Bakcell və Gənclər Fondu “İnnovasiya və Süni İntellekt” üzrə təqaüd proqramını elan edir
Mənzil axtaranların diqqətinə: Yasamalda büdcəyə uyğun, tam təmirli mənzillər satışda
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
ABB Tam Visa kartını təqdim etdi
2026-cı ildə balıq və digər su bioresurslarının ovu üçün kvota təqsdiqlənib - QİYMƏTLƏR
Bank aviabilet alır - TENDER
















