Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Bu gün Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) Pul Siyasəti Komitəsi Bakı vaxtı ilə saat 15:00-da faiz qərarını açıqlayacaq.
Marja.az xəbər verir ki, azaldığı açıqlanan inflyasiya məlumatlarından sonra bugünkü iclasda TCMB-nin əsas faiz dərəcəsi olan repo faiz dərəcəsini 2,50 faiz bəndi azaldaraq 42,5 faizə salacağı gözlənilir.
TCMB inflyasiyanı cilovlamaq üçün repo faiz dərəcəsini 50 faizədək qaldırmışdı. Bank faiz dərəcəsini ötən ilin dekabr ayında 2,50 bənd, 2025-ci ilin əvvəlində də 2,50 bənd azaldılaraq 45 faizə endirmişdi.
İqtisadçıların 2025-ci ilin sonu üçün proqnozları repo faiz dərəcəsinin 30 fəzədək düşəcəyidir.
TCMB-nin əsas faiz dərəcəsini 2,50 faiz bəndi azaldacağı artıq bazarlar tərəfindən qiymətləndirilib. TCMB-dən sürpriz bir qərar - əsas faiz dərəcəsini 5 faiz bəndi azaldaraq 40 faizə endirməsi ola bilər. Belə bir ssenari reallaşarsa valyuta, qiymətli kağızlar və törəmə alətlər bazarlarında dalğalanmalar daha güclü ola bilər.
Bakı vaxtı ilə saat 09:30-da ABŞ Dolları / Türkiyə Lirəsi məzənnəsi 36,43 lirə səviyyəsində olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
- 19 d. əvvəl
-
22 d. əvvəl
Rekord bahalaşmaya baxmayaraq Çində “qızıla hücum” davam edə bilər
-
9 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
-
13 saat əvvəl
AKBA və Maliyyə Monitorinqi Xidməti arasında Anlaşma Memorandumu imzalanıb
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Nazir müavini işdən çıxarıldı
Almaniya bankı: Bu il qızılın qiyməti 6 000 dollara yüksələ bilər
Ən çox oxunanlar
Azərbaycan və Türkiyə arasında yeni razılaşma
İnstagram, Facebook və WhatsApp-a abunəlik seçimi gəlir
İntensiv qar yağacağı gözlənilir - XƏBƏRDARLIQ
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Agentlik rəhbəri: Daha 30 min nəfərin kiçik bizneslərini qurmasına dəstək göstəriləcək
Aqrar Sığorta Fondu Şəmkir və Samuxda sığorta ödənişləri edib
“Azərlotereya” 2025-ci ildə 267 böyük uduş təqdim edib
Bakcell lotereyasında meqa uduşun qalibi bəlli oldu!




















