BYD Tesla-nı əməkdaşlığa çağırır: "Gəlin ortaq düşmənə qarşı birlikdə çalışaq"
BYD-nin vitse-prezidenti Stella Li, "Bizim ortaq düşmənimiz daxili yanma mühərrikli nəqliyyat vasitələridir. Sənayeni dəyişmək üçün birlikdə çalışmalıyıq" deyərək Tesla ilə əməkdaşlığa çağırıb.Çinin ən böyük elektrikli avtomobil istehsalçılarından biri olan BYD (Build Your Dreams) şirkətinin vitse-prezidenti Stella Li, Tesla ilə qlobal elektrik avtomobil bazarında rəqabət apardıqları bir vaxtda əməkdaşlıq haqqında açıqlama verib.
"Bizim ümumi düşmənimiz daxili yanma mühərrikli nəqliyyat vasitələridir. Sənayeni dəyişmək üçün birlikdə işləməliyik", - Stella Li BYD-nin Londondakı salonunda "Financial Times"a müsahibəsində deyib.
"Çin xarici şirkətlərlə əməkdaşlığa açıqdır"
Li qeyd edib ki, Çin hökuməti Avropa və ABŞ ilə ticarət gərginliyinin artmasına baxmayaraq, yenilikləri xarici şirkətlərlə bölüşməkdə daha açıq siyasət yürüdür. “Çin hökuməti daha açıqdır, ona görə də ola bilsin ki, burada çoxlu yanlış təsəvvürlər var".
Çinin elektrikli avtomobil sektorundakı inkişafını misal gətirən Li, qlobal bazardakı yavaşlamaya baxmayaraq, elektrikli avtomobillərin hələ də diqqəti cəlb etdiyini vurğulayıb: "Niyə insanlar elektrikli nəqliyyat vasitələrinə üstünlük verirlər? Çünki bu, daha yaxşı avtomobil, daha ağıllı avtomobil... və daha keyfiyyətlidir".
Elektrikli avtomobil sektorunda rəqabət aparan BYD və Tesla avtonom idarəetmə sahəsində də iddialı addımlar atırlar. Keçən ay BYD elan edib ki, Çindəki bəzi modellərində heç bir əlavə ödəniş etmədən özünün “Allahın Gözü” avtonom idarəetmə sistemini təqdim edəcək.
Digər tərəfdən, Tesla Çin bazarına Tam Özü-özünü İdarəetmə (Full Self-Driving (FSD)) xüsusiyyətlərini təqdim edib. Çində FSD sistemi ilə bağlı ilkin istifadəçi rəyləri müsbət olub, bir çox sürücü Tesla-nın avtonom idarəetmə imkanlarından məmnunluğunu ifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)





.jpg)









