Türkiyə Mərkəzi Bankı lirəni dəstəkləmək üçün 3 gündə 25 milyard dollar xərcləyib
Türkiyənin Mərkəzi Bankı milli valyutanı dəstəkləmək üçün 25 milyard dollar valyuta ehtiyatı satıb. Tənzimləyicinin valyuta ehtiyatları 32,4 milyard dollara düşüb.
Valyuta müdaxilələri çərçivəsində Türkiyə Cümhuriyyəti Mərkəzi Bankı (TCMB) martın 19-da 10 milyard dollar, martın 20-də isə daha 3 milyard dollar satıb. Valyutaya ən yüksək tələb 21 mart cümə günü müşahidə olunub və nəticədə əlavə olaraq 12 milyard dollar satılıb.
Marja.az xəbər verir ki, bu barədə Bloomberg yazıb.
Bloomberg hesablamalarına görə, bazar şoku Türkiyə Mərkəzi Bankının valyuta ehtiyatlarını martın 19-dan 21-nə kimi 26,6 milyard dollar azaldaraq xalis ehtiyatlarını 23 Martda bitən həftəyə 32,4 milyard dollara düşməsinə səbəb olub. "Bloomberg Economics"in iqtisadçısı Selva Bahar Baziki yaxın gələcəkdə mərkəzi bankın müdaxilələrinin lehinə davam edəcəyinə inanır.
Türkiyədə xarici valyutaya tələbatın artması Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi Əkrəm İmamoğlunun martın 19-da həbsi fonunda başlayıb. Bunun ardınca ölkədə etirazlar baş verib və ilk gündə lirə əsas valyutalar qarşısında dəyərinin təxminən 12%-ni itirib. Nəticədə dolların məzənnəsi tarixdə ilk dəfə olaraq 41 lirəni keçib. Ertəsi gün məzənnə düzəldilib və bir dollar üçün 37-38 lirə səviyyəsində sabitləşib.
Mənbələr ötən həftəki satışlar zamanı dollara tələbatın 60%-nin xaricilərdən, 30%-nin türk korporasiyalarından və yalnız 10%-nin pərakəndə investorlardan gəldiyini bildirib.
Fatih Karahan bazarlardakı turbulentliyi müvəqqəti adlandırıb və investorları əmin edib ki, Mərkəzi Bank vəziyyəti sabitləşdirmək üçün bütün lazımi addımları atacaq.
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 5 saat əvvəl
-
1 gün əvvəl
Göygölün avtomobil yolunun əsaslı təmiri üçün pul ayrıldı - SƏRƏNCAM
-
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 1 milyonu keçib
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb
-
2 gün əvvəl
“PAŞA Holding” Bakıda keçirilən dünya finalının "Platin" sponsoru olub - FOTOLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq
- 2 gün əvvəl
Son Xəbərlər

"Bir fermer köhnə fermasını söküb yerində modern ferma qura bilmir. Yerli icra hakimiyyətləri imkan vermir"

OpenAI, LinkedIn-ə rəqib olacaq platforma yaradır

Neft ucuzlaşmaqda davam edir

Azərbaycanın şirkəti ilə Macarıstanın Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb

Zəif ABŞ göstəricilərindən sonra qızılda yeni rekord

Sığorta müqavilələrinin yerində rəsmiləşdirilməsi dayandırılacaq

ABŞ-da mühüm məlumatlar açıqlandı: Qızılın qiyməti rekord qırdı, neft sürətlə ucuzlaşdı

Avrozonada iqtisadi artım zəifləyib

"Bank of Baku"nun istiqrazları üçün qərar verildi - ABUNƏ YAZILIŞI BAŞLAYIR, ŞƏRTLƏR

Azərbaycan və Macarıstan Hökumətləri arasında Birgə Komissiyanın XI iclası keçirilib

Tullantı sularını düzgün idarə etməyənlər cərimələnəcək

TuranBank “Ən yaxşı KOS maliyyələşməsi layihəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
