5 şirkətə “Halal” uyğunluq sertifikatı təqdim olundu - ADLARI
Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) “AZSTANDART Halal” sertifikatlaşdırma orqanı tərəfindən halal sertifikatlaşdırma prosesini uğurla tamamlayan 5 müəssisəyə - paxlava və dondurulmuş künəfə istehsalı üzrə “Köz Künefe 1977-den Hulusi usta” MMC, kolbasa istehsalı üzrə “M&T” LTD və “Zəhmət Ruzi” MMC, süd və süd məhsullarının istehsalı üzrə “Atena” MMC, eləcə də quş əti istehsalı və emalı sahəsində fəaliyyət göstərən “Murad Aqro” MMC -yə “Halal” uyğunluq sertifikatları təqdim olunub.
Marja.az AZSTAND-a istinadən xəbər verir ki, “AZSTANDART Halal” sertifikatlaşdırma orqanı Türkiyə Respublikasının Halal Akkreditasiya Qurumu (HAK) və Azərbaycan Akkreditasiya Mərkəzi (AzAK) tərəfindən akkreditasiya olunub. Akkreditasiya İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu (SMIIC) tərəfindən OIC/SMIIC 2:2019 standartı əsasında həyata keçirilib.
“Halal” uyğunluq sertifikatı əldə etmək istəyən sahibkarlar İnstitutun rəsmi internet səhifəsində yerləşdirilmiş https://azstand.gov.az/az/halal-sertifikat-ucun-muraciet linkinə daxil olaraq müraciət formasını tamamlayıb [email protected] elektron ünvanına göndərə bilərlər. Daxil olan müraciət “OIC SMIIC -1:2019 Halal qidaya dair ümumi tələblər” standartı əsasında yoxlanıldıqdan sonra sahibkara aidiyyəti üzrə xidmət göstərilir. Standartın tələbinə uyğun olaraq yoxlama prosesində texniki ekspertlərlə yanaşı, İslam dini məsələləri üzrə mütəxəssis də iştirak edir.
Yekun olaraq rqanın tərkibində yaradılmış Qərarvermə Komissiyasının müvafiq qərarına əsasən beynəlxalq səviyyədə tanınan “Halal” uyğunluq sertifikatı təqdim olunur. Sertifikatın keçərlilik müddəti 3 ildir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
8 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 10 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur






















