BYD-nin gəmisi 7000 elektromobil ilə Türkiyəyə çatıb
BYD-nin nəqliyyat vasitəsi daşıyan gəmisi "BYD CHANGZHOU" 7 min elektromobil ilə Kocaelinin Derince rayonundakı Safiport Limanına yanaşıb.
Marja xəbər verir ki, Çində fəaliyyət göstərən elektrik avtomobil nəhəngi BYD (Build Your Dreams) tərəfindən verilən açıqlamaya görə, nəqliyyat vasitəsi daşıyan "BYD CHANGZHOU" gəmisi fevralın 25-də Çinin Ningbo limanından yola düşüb. Gəmi 39 günlük səfərdən sonra dünən Kocaelinin Derince rayonundakı Safiport Limanına çatıb.
7000 avtomobil daşıya bilən gəminin uzunluğu 199,9 metr, eni isə 38 metrdir. Gəmi, 69 250 ton ümumi və 21 400 ton xalis tutumu sayəsində böyükhəcmli daşımaları səmərəli şəkildə həyata keçirilə bilər.
Gəmi mayeləşdirilmiş təbii qazdan istifadə edərək karbon emissiyalarını azaldan iki yanacaqlı hərəkət sistemi ilə işləyir. Beləliklə, yaşıl texnologiya şirkətin qlobal davamlılıq hədəflərini dəstəkləyir.
Türkiyənin ən sürətlə böyüyən brendi
Türkiyə Avtomobil Distribyutorları Assosiasiyasının məlumatlarına görə, BYD 2025-ci ilin birinci rübündə əvvəlki ilin eyni dövrü ilə müqayisədə Türkiyənin sərnişin avtomobil bazarında ən sürətlə böyüyən marka olub.
BYD 2022-ci ildə tam benzin və dizel yanacaqla işləyən avtomobil istehsalına son qoyan ilk avtomobil markası olub. Həmçinin, BYD Dünyada 10 milyon elektrik və plug-in hibrid avtomobil istehsalına çatan ilk marka olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
- 24 d. əvvəl
- 40 d. əvvəl
-
41 d. əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
52 d. əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
1 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Azərbaycanda median aylıq kirayə haqqı 1000 manatı keçib
Bank sektorunda təmərküzləşmə azalıb
Ən çox oxunanlar
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib
PAŞA Kapital ilə PAŞA Bank səhmdarı ol






.jpg)
.jpg)







.jpg)






