
Avropada qazın qiyməti son 11 ayın ən aşağı səviyyəsində
Avropada təbii qazın qiymətləri 8 faiz azalaraq 33,5 avroya düşüb ki, bu da 2024-cü ilin mayından bəri ən aşağı səviyyədir.
Avropada qaz qiymətləri bu həftəyə, ABŞ-ın ticarət tərəfdaşlarına tətbiq etdiyi gömrük rüsumları səbəbindən qlobal bazarlarda satış təzyiqinin dərinləşməsindən sonra kəskin enişlə başlayıb.
Marja xəbər verir ki, Avropanın təbii qaz ticarət mərkəzi olan TTF-də may ayı fyuçers müqavilələrində qazın meqavat-saat qiyməti əvvəlki bağlanışla müqayisədə təxminən 4% azalaraq 35 avrodan açılıb.
Açılışdan sonra qiymət 8%-ədək düşərək 33,5 avronu görüb. Bu, 2024-cü ilin mayından bəri ən aşağı səviyyədir.
Qiymətlərin kəskin enməsinə səbəb ABŞ prezidenti Donald Trampın ötən həftə açıqladığı tariflər və ölkələrin bu tariflərə necə reaksiya verəcəyi ilə bağlı qeyri-müəyyənliklərdir.
ABŞ-ın proteksionist ticarət siyasətinin iqtisadiyyatı yavaşlatacağına dair narahatlıqlar əmtəə qiymətlərinə mənfi təsir göstərir, qlobal iqtisadiyyatdakı yavaşlamanın enerji tələbatını azaldacağı ilə bağlı narahatlıqlar qiymət enişlərinə təkan verir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
- 3 gün sonra
-
8 d. əvvəl
Azərbaycan Metrologiya İnstitutunda 7 yeni etalon laboratoriyasının açılışı olub
-
10 d. əvvəl
Volvo-dan radikal qərar: 2035-ci ildən etibarən yalnız elektrikli avtomobil istehsal edəcək
-
36 d. əvvəl
“McDonald’s” restoranlarında TələbəPlus kartı ilə tələbələrə xüsusi endirim ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Türkiyədə Habertürk, Show TV və Bloomberg HT üzərinə həbs qoyuldu
-
1 saat əvvəl
Azərbaycandakı minik avtomobillərinin 44 faizinin yaşı 20 il və yuxarıdır
- 1 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azərbaycan neftinin son qiyməti

Nəhəng dərman istehsalçısı 9 min işçini ixtisar edəcək
Ən çox oxunanlar

Rəsmi məzənnələr açıqlandı

OpenAI və Oracle arasında 300 milyard dollarlıq tarixi müqavilə

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı

“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb
