Kənd təsərrüfatında yeni tərəfdaşlıq: “Agro Dairy” ilə “Food City Agrocomplex” memorandum imzaladı
“Agro dairy” şirkətinin idxal-ixrac əməliyyatları zamanı “Food City Agrocomplex”in təklif etdiyi çeviq və rahat həlllər və peşəkar ixtisaslaşmış komanda ilə bütün gömrük, logistika əməliyytalarının uğurlu şəkildə aparılması hədəfləyir.(®) Ölkənin qabaqcıl kənd təsərrüfatı şirkətlərindən olan “Agro Dairy” şirkətinin rəhbərliyi Xudat şəhərində yerləşən “Food City Agrocomplex”də olublar.
Ziyarət zamanı nümayəndələr “Food City Agrocomplex”in müasir infrastruktur və göstərilən xidmətlər ilə tanış olublar. Kompleksimizdə yüksək texnoloji standartlara cavab verən saxlanma və logistika infrastrukturu, kompleksin ekosistemində olan terminal sahələri, soyuducu anbarlar, qida təhlükəsizliyi laoboratoriyası və KOB evi təşkilatçılığı ilə “Bir Pəncərə” prinsipi əsasında dövlət və özəl qurumların birgə sahibkarlara göstərdiyi çevik və rahat xidmət formasını yüksək qiymətləndiriblər.
Görüş zamanı eyni zamanda hər iki şirkət arasında gələcək əməkdaşlıq prespektivləri müzakirə edilib. Belə ki, “Agro dairy” şirkətinin idxal-ixrac əməliyyatları zamanı “Food City Agrocomplex”in təklif etdiyi çeviq və rahat həlllər və peşəkar ixtisaslaşmış komanda ilə bütün gömrük, logistika əməliyytalarının uğurlu şəkildə aparılması hədəfləyir.
Sonda qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı möhkəmləndirmək üçün tərəflər arasında əməkdaşlıq memorandumunun imzalanması barədə razılığa gəlinib.
Bu memorandumu imzalamaqla, "Agro Dairy" və "Food City Agrocomplex" həm daxili, həm də beynəlxalq bazarda rəqabət qabiliyyətlərini artırmağa yönəlmiş birgə təşəbbüslərə start verir.
Food City Agrocomplex – Beynəlxalq Şimal-Cənub Nəqliyyat Dəhlizinin üzərində Xudat şəhərində yerləşən “Food City Agrocomplex” 11,71 ha ərazini əhatə edir.
Aqrokompleksdə birgə fəaliyyəti təşkil olunan dövlət və özəl sektor nümayəndələri “Bir pəncərə” prinsipi ilə idxal-ixrac və tranzit əməliyyatlarında iştirak edən istehsalçılara və ixracatçılara terminal, saxlanc, çeşidləmə, qida təhlükəsizliyi laboratoriyası və digər çoxsaylı əməliyyatlar üzrə ixtisaslaşmış xidmət göstərirlər.
Aqrokompleksin əsas tərkib hissələrindən olan Logistika Mərkəzi özündə həm Dalan dəmir yolu, həm də Yük maşınları terminallarını birləşdirir ki, bu da hər iki, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq transkontinental nəqliyyat dəhlizlərin kəsişməsində yerləşən ölkəmizdə Aqrokompleksi mühüm nəqliyyat-logistika qovşağına çevirir.
Agro Dairy - Azərbaycanın aparıcı kənd təsərrüfatı və qida şirkətlər qrupundan biridir. Qrupa daxil olan 14 şirkət bir araya gələrək Azərbaycanın kənd təsərrüfatı və qida istehsalı sahələrində müasir və inteqrasiya olunmuş yanaşmalar təqdim edir. Bu şirkətlər müxtəlif sahələrdə ixtisaslaşaraq ölkənin qida və ərzaq təhlükəsizliyinə mühüm töhfələr verir. Aşağıda qeyd olunan şirkətlər bu qrup altında birləşərək ölkənin aqrar və qida sektorunda əsas rol oynayır.
Əkinçilik üzrə ixtisaslaşmış “Agro Dairy” MMC-yə daxildir: toxum istehsalı və emalı üzrə ixtisaslaşmış “Agro Supply” MMC, “Azərtoxum” MMC, “Süsən Agro” MMC, iribuynuzlu, xırdabuynuzlu heyvandarlıq və broyler quşçuluğu üçün yem istehsalı üzrə ixtisaslaşmış “ATS Feed” MMC (Ağdaş Yem Fabriki), “Azər Yem” MMC, soya emalı üzrə ixtisaslaşmış “ATS Soy” MMC, un istehsalı üzrə ixtisaslaşmış “Abşeron Taxıl” MMC, südçülük heyvandarlığı üzrə ixtisaslaşmış “Yalama Aqropark” MMC, “Xaçmaz Aqropark” MMC, “Qəbələ Aqropark” MMC, “Agrofresh” MMC, “Günəşli Aqropark” MMC (Cəlilabad Aqropark), ət emalı üzrə ixtisaslaşmış “Azprotein” MMC və süd emalı üzrə ixtisaslaşmış “Milla Dairy” MMC.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 13 saat sonra
- 11 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti














.jpg)











.jpg)
