ÜTT: ABŞ-Çin qarşıdurması qlobal real ÜDM-in uzunmüddətli 7% azalmasına səbəb ola bilər
ÜTT-nin Baş Direktoru Nqozi Okonjo-İveala (Ngozi Okonjo-Iweala) xəbərdarlıq edib ki, ABŞ və Çin arasında ticarət gərginliyinin artması iki ölkə arasında mal ticarətinin 80 faizə qədər kəskin azalmasına və qlobal real ÜDM-in 7 faizə yaxın uzunmüddətli azalmasına səbəb ola bilər.
Ümumdünya Ticarət Təşkilatı (ÜTT) hesab edir ki, ABŞ-Çin qarşıdurması qlobal real Ümumi Daxili Məhsulun (ÜDM) uzunmüddətli 7% azalmasına səbəb ola bilər.
Marja xəbər verir ki, ÜTT-nin Baş Direktoru Nqozi Okonjo-İveala (Ngozi Okonjo-Iweala) yazılı açıqlamasında, ABŞ və Çin arasındakı tarif hesablaşmasının iki ölkə arasındakı ticarətlə yanaşı, qlobal iqtisadi mənzərəyə də zərər verə biləcəyini qeyd edib.
Qlobal ticarətin əhəmiyyətli bir hissəsini təşkil edən dünyanın iki ən böyük iqtisadiyyatı arasında “qisasa-qisas” yanaşmasının risklərinə diqqət çəkən Okonjo-Iweala, “İlkin hesablamalarımıza görə, bu iki iqtisadiyyat arasında mal ticarəti 80-ə qədər azala bilər” deyib.
Okonjo-İweala, mənfi makroiqtisadi inkişafın digər iqtisadiyyatlara, xüsusilə də ən zəif inkişaf etmiş ölkələrə yayılacağını vurğulayaraq, aşağıdakı qiymətləndirməni edib:
"Qlobal ticarətin geosiyasi xətlər üzrə parçalanma potensialı xüsusilə narahatedicidir. Qlobal iqtisadiyyatın iki bloka parçalanması qlobal real ÜDM-in 7 faizə yaxın uzunmüddətli azalmasına səbəb ola bilər. Üstəlik, ticarətin istiqamətini dəyişdirməsi koordinasiyalı qlobal reaksiya tələb edən təcili təhlükə olaraq qalır. Biz bütün ÜTT üzvlərini əməkdaşlıq və dialoq vasitəsilə bu problemi həll etməyə çağırırıq.
Qlobal birliyin beynəlxalq ticarət sisteminin açıqlığını qorumaq üçün birgə işləməsi çox vacibdir. ÜTT üzvləri açıq, qaydalara əsaslanan ticarət sistemini saxlamağa borcludurlar. ÜTT dialoq üçün mühüm platforma rolunu oynayır. Bu məsələlərin əməkdaşlıq yolu ilə həll edilməsi vacibdir”.
Müştərilərin xəbərləri

"PAŞA Holding"in təşkil etdiyi növbəti “INMerge” İnnovasiya Sammitinə "Netflix" in həmtəsisçisi Mark Randolf gəlir!
SON XƏBƏRLƏR
- 2 ay sonra
-
3 gün sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 13 saat əvvəl
-
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm iqtisadi xəbərlər üçün Marja.az - 15 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Abşeron dairəvi dəmir yolu üzrə qatarların yeni hərəkət cədvəli açıqlandı
-
2 gün əvvəl
8 ayda mobil operatorlar 826 milyon manat gəlir əldə ediblər
-
2 gün əvvəl
Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər
-
2 gün əvvəl
"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"
-
2 gün əvvəl
Mərkəzi Bank "Mercedes-Benz"in Azərbaycandakı distributoruna lisenziya verib
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Sentyabrın 14-də gözlənilən hava şəraiti

Azərbaycan neftinin son qiyməti

Mələk investorların diqqətinə - ABŞ-dan ekspertlər gəlir, təcrübələrini bölüşəcəklər

"Su təchizatına yatırılan hər 1 dollar dövlətə 2 dollar həcmində vergi formasında geri qayıdır"

“Mələk İnvestorlar Məktəbi” Bakıda yeni formatda təşkil olunacaq

Azərbaycada 280 min nəfər işsiz əhali var

Azərbaycanda sement, armatur, beton və əhəng istehsalı azalıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub

Dövlət 3 bankda 450 milyon manat depozit yerləşdirdi
.webp)
TuranBank 15 milyon dollarlıq saziş imzalayıb
