Unibank Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF) qoşulub
(®) Unibank KB ASC fəaliyyətini beynəlxalq ESG standartlarına uyğunlaşdırmaq və uzunmüddətli dəyər yaratmaq məqsədilə daha bir vacib addım atıb. Bank Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığına (PCAF - Partnership for Carbon Accounting Financials) qoşulub.
Unibank Azərbaycandan bu təşəbbüsə qoşulan ilk bankdır. Bu tərəfdaşlıq bankın şəffaflığın artırılmasına töhfə verməklə yanaşı, maliyyələşdirilən emissiyaları ölçmək və iqlim riskləri ilə mübarizəyə təkan vermək üçün imkan yaradacaq.
Unibank KB ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov bildirib: “Bu addım Bankımız tərəfindən dayanıqlı maliyyə sahəsində atılmış növbəti öncül və nümunəvi addımlarından biridir. Bu, Bizim dayanıqlılıqla bağlı uzunmüddətli baxışımıza, habelə AR Mərkəzi Bankının “Dayanıqlı Maliyyə üzrə Yol Xəritəsi”nə uyğundur. PCAF-a qoşulmaqla, Bank kreditləşmə fəaliyyətinin karbon izini ölçmək və açıqlamaq öhdəliyi götürür. PCAF-ın qlobal standartından istifadə şəffaflığı və hesabatlılığı təmin edir. Bu bizə maraqlı tərəflərin gözləntilərini realizasiya etməyə, ölkənin milli prioritetlərinə və beynəlxalq öhdəliklərə töhfə verməyə kömək edəcək. Uzunmüddətli davanıqlılıq baxışımıza uyğun olaraq, karbon izinin qiymətləndirilməsi təcrübəmizi təkmilləşdirmək üçün PCAF-a qoşulmaqdan qürur duyuruq. PCAF-a qoşulmaqla biz dayanıqlı maliyyə və məsuliyyətli bankçılığa töhfə verməyi hədəfləyirik”.
Karbon Mühasibatlığı üzrə Maliyyə Tərəfdaşlığı (PCAF) kreditlər və investisiyalar hesabına maliyyələşdirilən istixana qazı emissiyalarının razılaşdırılmış standartlar üzrə qiymətləndirmələrini və açıqlamalarını təmin etmək üçün dünya maliyyə inistitutları arasında əməkdaşlıqdır. Qrup altı qitədən 500-dən çox maliyyə institutu ilə Şimali Amerika, Latın Amerikası, Avropa, Afrika və Asiya-Sakit okean regionunda sürətlə genişlənir.
Unibank haqqında
Unibank Azərbaycanın ən böyük özəl banklarından biridir. Bank 1992-ci ilin iyul ayında, ilkin olaraq MBank adı altında, təsis edilib və 2002-ci ilin oktyabr ayının 15-də aparıcı banklardan olan PROMTEXBANK-la birləşərək, adı “Unibank”a dəyişdirilib. Unibank müasir bankçılıq texnologiyalarına və yenilikçi məhsullara fokuslanaraq Azərbaycan bank sektorunda öz yerini möhkəmləndirib. Bank müxtəlif vaxtlarda The Banker və Euromoney tərəfindən Azərbaycanın Ən Yaxşı Bankı kimi tanınıb. Azərbaycan qiymətli kağızlar bazarının öncül iştirakçılarından olan “Unicapital” İnvestisiya Şirkətinin 100 %-lik nizamnamə kapitalı “Unibank”a məxsusdur. Unibank 2021-ci ildə ölkənin ilk yalnız mobil bankı olan LeoBank-ı istifadəyə verib. 2024-cü ildə bank Azərbaycanın kapital bazarında 20 milyon manatlıq yaşıl istiqrazlar buraxaraq, ölkənin aparıcı maliyyə institutlarından biri kimi mövqeyini daha da möhkəmləndirib. Ətraflı məlumat üçün: https://unibank.az
PCAF haqqında
Karbon Mühasibat Maliyyələri üzrə Tərəfdaşlıq (PCAF) 2019-cu ilin sentyabrında qlobal miqyasda istifadəyə verilib. Hazırda 500-dən çox maliyyə institutu PCAF təşəbbüsünə qoşulub. PCAF iştirakçıları öz kreditlərinin və investisiyalarının istixana qazı emissiyalarını ölçmək və açıqlamaq üçün Maliyyə Sənayesi üçün Qlobal İXQ Mühasibatlığı və Hesabat Standartını birgə hazırlamaq üçün birlikdə işləyirlər. Ətraflı məlumat üçün https://carbonaccountingfinancials.com ünvanına baxın
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
OBA FMCG sektorunda ilkə imza atıb – “Sənin ideyan dəstəklənir” İnnovativ Həllər Marafonunun qalibləri müəyyənləşib – FOTO-VİDEO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 3 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
S&P Azərbaycanın bank sektoru qiymətləndirməsini yaxşılaşdırıb
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Nazir fermerlətin üzləşdikləri çətinliklərin həllinə köməklik etməyi tapşırıb
- 23 saat əvvəl
-
23 saat əvvəl
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
-
1 gün əvvəl
Epştein sənədlərində adı çəkilən böyük liman operatorunun rəhbəri işdən çıxarılıb
-
1 gün əvvəl
Bu avtomobillərin idxalı ƏDV-dən, aksizdən və gömrük rüsumundan azad edilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Fevralın 15-də gözlənilən hava şəraiti
Azərbaycan neftinin son qiyməti
"Domino’s Pizza"nın "İnşaatçılar" filialı açılır
İlham Əliyev Neçirvan Bərzani ilə görüşüb
Ən çox oxunanlar
AZAL 20–30 mart tarixlərində 4 xarici şəhərə reys sayını artıracaq
Bu əşyaların ölkəyə idxalı əlavə dəyər vergisindən azad edilir
Prezident İlham Əliyev Almaniyada səfərdədir
Rusiya Mərkəzi Bankı faiz dərəcəsini ardıcıl 6-cı dəfə endirib - Qərar bazar üçün gözlənilməz olub






















