Dünyanın ən böyük yarımkeçirici istehsalçısının mənfəəti 60 faiz artıb
Dünyanın ən böyük yarımkeçirici istehsalçısı, Tayvanda yerləşən TSMC şirkəti (Taiwan Semiconductor Manufacturing Company), bu ilin birinci rübündə mənfəətinin 60,3 faiz artdığını və bazar proqnozlarını üstələyərək 361,6 Tayvan dolları təşkil etdiyini açıqlayıb.
Marja.az xəbər verir ki, birinci rübün nəticələrinə əsasən, Şirkətin bu ilin ilk üç ayında gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 41,6 faiz artıb.
Bu dövrdə TSMC-nin mənfəəti də bazar proqnozlarını üstələyərək, 60,3 faiz artımla 361,6 Tayvan dolları (11,12 milyard dollar) təşkil edib.
Şirkətin yüksək mənfəət artımı bütün dünyada süni intellekt tətbiqlərində istifadə olunan yarımkeçiricilərə artan tələbatdan irəli gəlir.
TSMC-nin ən böyük müştəriləri siyahısına ABŞ-ın əsas süni intellekt və texnologiya şirkətləri Apple, Nvidia, AMD, Broadcom və Qualcomm da daxildir.
ABŞ Prezidenti Donald Tramp idxal olunan məhsullara sərt tariflər elan edərkən, TSMC keçən ay ABŞ-da istehsalını qurmaq 100 milyard dollar sərmayə yatıracağını və ölkədə davam edən layhələr daxil olmaqla ümumi investisiyalarını 165 milyard dollara çatdıracağını açıqlayıb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 22 d. əvvəl
-
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 8 saat əvvəl
-
8 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
8 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım













.jpg)





.jpg)




